Kürdəmirliləri aşağılayan Nazimə xalq artistindən cavab: "Kürdəmirliyəm, Zeynəb Xanlarova kimi..."

Kürdəmirliləri aşağılayan Nazimə xalq artistindən cavab: "Kürdəmirliyəm, Zeynəb Xanlarova kimi..."Xəbər verdiyimiz kimi, ötən gün Faytonçu ləqəbi ilə tanınan müğənni Nazim kürdəmirliləri təhqir etdiyi üçün üzr istəyib. Böyük rezonans doğuran bu məsələ hələ də sosial media gündəmindən düşmür. Yetərincə Kürdəmirli sənət və elm adamlarımız var ki, onların əməyindən hamımız bəhrələnirik. Şəhər, rayon, kənd ayrıseçkiliyi edən sənətçilərimizin nəzərinə çatdıraq ki, yuxarıdan aşağı baxdığımız rayonlarımız da Azərbaycan mədəniyyətinə az töhfə verməmişdir. Təəssüflər olsun ki, elə həmin rayon sakinlərinin sevgisi ilə sənətçi adını qazanan müğənnilərimizdir ki, Azərbaycan torpaqlarında səviyyə bölgüsü edir.

BiG.AZ xəbər verir ki, xalq artisti Sadiq Zərbəliyev Xanim.az -a açıqlama verərək məsələ ilə bağlı fikirlərini bölüşüb:
"Şəhər, rayon, kənd müğənnisini ayırmaq düzgün deyil. Müğənnilərin çoxu elə rayondan, kənddən çıxıb. Mən də Kürdəmirliyəm. Vaxtı ilə xalq artisti, millət vəkili Zeynəb Xanlarova kimi şəxsiyyətlə qastrolarda olmuşam. Birlikdə Azərbaycan incəsənətini dünyaya tanıtmışıq. Sənətim ilə dünyanı gəzmişəm. Bizim bundan dəflərlə böyük Qarabağ boyda problemimiz var. Belə söhbətləri tamamilə yığışdırmaq lazımdır. Biz hamımız Azərbaycanlıyıq, gəlin, həmrəy olaq!"

Xanim.az olaraq sizə Kürdəmirdən çıxan Azərbaycan elmində və incəsənətində iz qoyan məşhurları təqdim edirik:

İsmayıl Siracəddin Şirvani (1782-1848) — filosof, Şeyx Şamilin müəllimi
Elşad və Rəvan Qarayevlər - müğənni
Rüşdi Paşa Şirvanzadə — Osmanlı İmperiyasının sədrəzəmi
Gülputa Mənsim qızı Orucova—Sosialist Əməyi Qəhrəmanı
Məmiş Abdullayev — Sovet İttifaqı Qəhrəmanı
Aşıq Şakir — ustad aşıq
Aşıq Əhməd — ustad aşıq
Həsrət Hüseynov — musiqiçi
Eynulla Cəbrayılov — müğənni
Ağamusa Axundov — akademik
Rafael Hüseynov — akademik, filologiya elmləri doktoru, professor
Fəxrəddin Veysəlli — filologiya elmləri doktoru, professor
Vaqif Sultanlı — filologiya elmləri doktoru, professor, yazıçı
Tünzalə Baxşıyeva - AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi əməkdaşı, filologiya elmləri doktoru
Gülzar İbrahimova - AMEA İnsan hüquqları İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru
Alik Nəcəfov - AMEA Riyaziyyat və mexanika İnstitutunun elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru
Amin İsmayılov - AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Baş elmi işçisi, kənd təsərrüfatı elmləri doktoru
Əlikram Məmmədov — tibb elmləri doktoru, professor
Faiq İslamzadə — tibb elmləri doktoru, professor
Nəsrəddin Abışov - tibb elmləri doktoru,professor
Sadıq Zərbəliyev — Azərbaycan Respublikasının xalq artisti
Sadıq Hüseynov — aktyor
Atif İslamzadə — filologiya üzrə fəlsəfə doktoru, şair
Teyyub Mənsim oğlu Orucov — filoloq / əməkdar müəllim
Mehman Musaoğlu — filologiya elmləri doktoru, professor
Ramazan Əhmədli — filologiya üzrə fəlsəfə doktoru
Qara Mustafayev — biologiya elmləri doktoru, professor
Cəbrayıl Usubov — DİN-nin general-mayoru
Zabit Quliyev — Azərbaycanın Milli Qəhrəmanı
Yadigar Cəfərli — filologiya üzrə fəlsəfə doktoru
Babək Xalistürk — bilologiya elmləri doktoru, AMEA-nın A.İ.Qarayev adına Fizilogiya İnstitutunun aparıcı elmi işçisi
Hacıqulu Bağırov — ATU-nun cərrahi xəstəliklər kafedrasının dosenti, tibb elmləri namizədi[17]
Oqtay Cəlilbəyli — filologiya üzrə elmlər doktoru, BDU-da kafedra müdiri
Ağaverdi Xəlil — filologiya üzrə elmlər doktoru, folklorşünas
Səfalı Əliyev — müğənni, muğam ifaçısı
Fərid Hüseyn — şair, publisist
Qəşəm İsabəyli — uşaq şairi

Xatırladaq ki, Faytonçu Nazim Muz TV-yə müsahibəsində "Mən "qıjı" mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz, burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı" cümlələrini demişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3810   Tarix: 21 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hava kəskin DƏYİŞİR - Temperatur 7 dərəcə enəcək, qar yağacaq

Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək

13.12.2025 385
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13.12.2025 175
.

Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI

Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib

13.12.2025 188
.

Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib

Polis Almaniyanın Duderştatd şəhərində milad yarmarkasından təxminən 120 nəfəri potensial təhlükə səbəbindən təxliyə edib. "Report"un məlumatına görə, bu barədə Bild qəzeti yazır. Buna səbəb kimi potensial terror təhlükəsi haqqında məlumat olub. Şahidlər gənc bir oğlanın odlu silahla gördüklərin

13.12.2025 124
.

Yeni ildə neçə gün İŞ olmayacaq?

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunması hələ də ictimaiyyətin gündəmindədir. Müzakirələr əsasən bayram günlərinin ardıcıllığını təmin etmək məqsədilə aparılır. Əvvəlcə mediada məlumat yayıldı ki, 2025-ci ilin 29

13.12.2025 297
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13.12.2025 108
.

Məşhur yazıçı vəfat etdi

Məşhur britaniyalı yazıçı Joanna Trollop 82 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Joanna Oksfordşirdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Joanna Trollop romantik və ailə hekayələrinə həsr olunmuş məşhur romanların müəllifidir

13.12.2025 141
.

ABŞ-nin xüsusi elçisi: Lukaşenko ilə münasibətlərimizin nizamlanmasını müzakirə etdik

Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə iki ölkə arasında münasibətlərin nizamlanması məsələlərini müzakirə etdik. "Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə Con Koul görüşlərin yekunları ilə bağlı məlumat verərkən verib. Onun sözlərinə görə, A.Lukaşenko ilə danışıqla

13.12.2025 124
.

"Azərişıq" işçisini cərəyan vurub öldürdü

Abşeronda kişini cərəyan vuraraq öldürüb. xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağl

13.12.2025 179
.

TOP MP3