Qalmaqal! Azərbaycanlı şair Röya Ayxana birdən-birə üç qadağa qoydu

Qalmaqal! Azərbaycanlı şair Röya Ayxana birdən-birə üç qadağa qoyduMilli.Az xəbər verir ki, bu gün ANS TV-də yayımlanan "Günəbaxan" verilişində qonaq olan müğənni Röya Ayxan, "Son görüş" adlı hitini səsləndirərkən özü də bilmədən yeni bir qalmaqalın təməlini qoyub. Belə ki, ifası zamanı o müəllif olaraq təkcə bəstəkar Pərviz Mahmudovun adını vurğulayıb. Məlumunuz olsun ki, sözlərin müəllifi şair Azad İsayevdir.

Milli.Az-ın əməkdaşı ilə telefon söhbətində İsayev, bəlkə də kiçik unutqanlıq edən R.Ayxanın, onun adını çəkməməsinə sərt reaksiya göstərdi.

"Bu, birbaşa mənə olan hörmətsizlikdir. Müğənni çıxıb heç olmasa, çox sağolunu bildirmirsə, daha nə deyim? Özüm o verilişə baxmamışam. Amma məndə olan dəqiq məlumata görə, efirdə adım çəkilməyib. "Son görüş" mahnısının sözlərini öz hislərimlə qələmə almışamsa, marağım var ki, adım çəkilsin. Çəkilməyəcəksə, bu, mənim nəyimə gərəkdir? Təsəvvür edin, hansısa şirkət verilişlərdən birinə sponsorluq edir və veriliş zamanı şirkətin adı çəkilmir. Bax, bu məsələ onu xatırlatdı.

Hamı bilir ki, Röya həmin Röyadır ki, canlı yayımda bilir nə danışır. İstədiyi hərəkətləri edən müğənnidir. Mən qadağamı qoymuşam. Artıq bu işlə vəkillərim məşğul olurlar. Bu və digər mahnılarımı Röya heç vaxt oxuya bilməyəcək. Mən şou-biznes adamı olmasam da buna oxşar situasiya müğənni Elnur Məmmədovla aramızda yaşanmışdı. Çünki Tərlan Məmmədhüseynovun bəstələdiyi mahnıya çəkilən ekran işində təkcə adım yazılmışdı. Bəlkə də bu başadüşülən idi ki, Elnur istəməyib ki, şair kimi nüfuzuma xələl gətirsin. Bu səbəbdən soyadımı gizli saxlayıb. Amma şahlar, krallar dövründə də həmişə insanı soyu və kökü ilə tanıyıblar. Başa düşə bilmirəm, varlığım nə səbəbdən kimlərisə narahat edir? Soyadımı nə üçün dillərinə gətirmək istəmirlər? Səmimiyyətimə inanın, gəldiyim qənaət odur ki, hər hansı bir müğənninin yaradıcılığına bundan belə heç bir vəsait xərcləməyəcəyəm. Ondansa, 3 qayğıya ehtiyacı olan uşağı himayəmə götürüb böyüdərəm. Onsuz da xeyirxahlığımdan qalmıram", - o dedi.

"Röya xanım, özünə haqq qazandırıb səbəblər göstərərsə, bu halda da dost münasibətlərinizi bərpa etməyəcəksiniz" sualımıza Azad İsayevdən daha kəskin reaksiya gördük.

"Müəllif kimi, şəxsiyyət olaraq öz adıma, soyuma-kökümə hörmət tələb edən insanam. Düşmənim yoxdur, heç dost da axtarmıram. Və düşünməsinlər ki, Röyaya zəng edib deyəcəyəm ki, niyə adımı çəkməmisən? Bir də ki, əgər sözlər xoşuna gəlmirdisə, niyə oxuyurdu? Əmin olun, bu, söz xatirinə deyilmiş fikir deyil. Röyanın "Agla", "Sevgiyə bax" kimi mahnılarının sözlərini yazmaqla bərabər, tanıtımları üçün yetərincə zəhmət çəkmişəm. Onun mini-diskindən hər üç mahnım səslənərsə, vəkillərimin vasitəsi ilə adekvat cavabımız olacaq. Hətta o məndən üzr istəsə belə, qadağını aradan götürməyəcəyəm. Nəsillərdən mənə ötürülən bu soyadı həmişə ucalarda tutmuşam, bundan sonra da bu belə olacaq. Qoy bundan sonra Röya oturub fikirləşsin. Son söz olaraq demək istəyirəm ki, kəskin sözlərimdən hamı nəticə çıxarsın. Çox təəssüf edirəm ki, hər şey bu həddə gəlib-çıxdı. Cavabını da gözləmirəm, çünki hər şeyə özüm aydınlıq gətirdim", - o dedi.

Qeyd edək ki, Azad İsayevin yazdığı sözləri Röya Ayxanla yanaşı, digər populyar müğənnilər - Elçin Cəfərov ("Sən demə"), Elnur Məmmədov ("Səni xatırladır"), Ülvi Cəfərovun rəhbəri olduğu "Şeron qrupu" ("Sevmirəm daha"), Ayaz Qasımov ("Sevgilimi istərəm"), "Qala qrupu" ("Sevgiyə bax") ifa ediblər.

// Milli.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7286   Tarix: 02 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et"

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır". Axşam.az xəbər verir ki, bu sözlər

30.04.2024 932
.

Bəhram "kənd-şəhər" söhbəti etdi, tənqid olundu

Əməkdar artist Bəhram Bağırzadə yenidən paylaşımı ilə gündəmə gəlib. OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayının qarşısında yaranan növbənin videosunu çəkərək instaqramda izləyiciləri ilə bölüşüb. Aktyorun paylaşıma "şəhər mədəniyyəti" yazması, izləyicilərin hiddətinə səbəb olub. "Almaniyad

01.05.2024 742
.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

11:22 258
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

29.04.2024 1080
.

Britni Spirs atomobilinin şüşəsini sındırdı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məhkəmənin qərarına əsəbiləşərək atomobilinin şüşəsini sındırıb. Axşam.az xəbər verir ki, məhkəmə ifaçının atası Ceymi Spirsin 2 milyon dollarlıq borclarını ödəməsi barədə hökm çıxarıb. Qərara əsəbiləşən Britni dabanı ilə maşının ön şüşəsini sındırı

28.04.2024 404
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 811
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 969
.

Xalq artisti ilə Namiqin SƏMİMİ görüntüsü YAYILDI… – VİDEO

Xalq artisti Naibə Allahverdiyeva meyxanaçı Namiq Qaraçuxurlu ilə bir araya gəlib. BİG.AZ bizim.media-ya istinadla xəbər verir ki, sənətçilər məclislərin birində üzləşiblər. Namiq mahnı oxuyarkən Naibə səhnəyə çıxıb və onlar səmimi şəkildə qucaqlaşaraq görüşüblər. Allahverdiyeva Qaraçuxurlunun mahnısın

28.04.2024 1865
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 2160