Məşhur müğənnilər "O Səs Türkiyə" münsiflərini BİABIR ETDİ: "Saxta baxılma sayı..."

Məşhur müğənnilər "O Səs Türkiyə" münsiflərini BİABIR ETDİ: "Saxta baxılma sayı..."Türkiyəli müğənnilər Muazzez Ersoy və Aşkın Nur Yengi "O Səs Türkiyə" mahnı yarışmasından narazılıqlarını dilə gətirib.

Sənətçilər bu formatda müsabiqələri bəyənmədiklərini ifadə edib. Muazzez Ersoy isə bu vaxta qədər heç bir səs yarışmasında münsif üzvü olmadığını dilə gətirib:

"Hesab edirəm ki, belə bir formatda müsabiqənin münsiflər heyətinə ustad sənətçilər daxil edilməlidir. Yəni, həqiqi mənada musiqiçi olmalıdır. Təsadüfən əlinə mikrofonu alıb əzbərlədiyi üç-beş mahnını söyləyən, amma musiqinin dərinliyi ilə bağlı heç bir məlumata malik olmayan insanların münsif olması mənə gülməli gəlir. Gülməlidir... Münsif üzvləri musiqinin veteranlarından ibarət olmalıdır. Tamaşaçılar isə bu yarışma münsiflərinin bazaları olduğunu güman edir. Onların özlərinin vokal müəlliminə ehtiyacları varkən səs yarışlarında jürilik etmələri həqiqi mənada komediyadır! Şəxsən mən gülürəm. Təkrar edirəm ki, orada konservatoriyalardakı müəllimlər və veteran musiqiçilər olmalıdır. Oxuduğu mahnının tonunu bilməyənlər bu gün münsiflik edir! Belə bir cəfəngiyyat yoxdur! Məsələn, Bülent xanım çox yaxşı müsif ola bilər. O cümlədən, Muazzez Abacı. Mən baxmıram. Kanalları çevirərkən təsadüfən görsəm, gülüb keçirəm".

Aşkın Nur Yengi isə keyfiyyətli mahnıların olmamasından gileylənib:
"Türk musiqisi deyilən bir şey qalmadı, bu, məni çox üzür. Mahnıların saxta baxılma sayı mənə məntiqli gəlmir, Türkiyəyə görə çox şişirdilib".

Sənətçi onu da əlavə edib ki, musiqi yarışlarında münsif üzvlüyü üçün təklif alıb, lakin şou formatında olduğu üçün qəbul etməyib.
Məlumat üçün bildirək ki, bu gün Türkiyədə ən çox izlənən və marağa səbəb olan yarışma "O Səs Türkiyə"dir.

mənbə: publika.az

Məşhur müğənnilər "O Səs Türkiyə" münsiflərini BİABIR ETDİ: "Saxta baxılma sayı..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3402   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814