Bakı yollarının kütləvi təmirinə başlanılır

Bakı yollarının kütləvi təmirinə başlanılırYaxın günlərdə Bakının əksər yollarında təmir işlərinə başlanılacaq. "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, hazırda hansı yolların təmirə ehtiyacının olduğu müəyyənləşdirilir və bir neçə gün sonra kütləvi şəkildə təmir işlərinə başlanılacaq.

Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, bu il çox sərt keçən şaxtalı hava şəraitinə və hərəkətin şiddətinə baxmayaraq bəzi yollarda hər hansı problem yaranmayıb: "Deyə bilərəm ki, son illərdə əsaslı şəkildə yenidən qurulan yollarda xırda texniki problem də yaranmayıb. Məsələn Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasından hava limanınadək olan yol, Azadlıq meydanı-Zığ dairəsi arasındakı, Gənclik dairəsi ilə Tibb Universitetinin arasındakı, Gənclik dairəsi ilə Xətai prospekti arasındakı yollarda, Yusifbəyli, Yusif Səfərov küçələrində, Vaqif, Nobel prospektlərində problem yoxdur. Lakin daha əvvəllər, 25-30 il əvvəl tikilmiş və köhnə normativlər əsasında salınmış yollarda xeyli problem yaranıb. Biz həmin yolları daima cari təmirlər vasitəsilə saxlamışıq. Bu ilki kəskin hava şəraiti, yolların 20 günə yaxın buz altında qalması, yollara səpilmiş qum və duz və digər amillər yolların dağılmasına səbəb olub. Yuxarıda qeyd etdiyim yollarda əsaslı yenidənqurma zamanı bütün kommunikasiya xətləri yerbəyer edilib. Köhnə yollarda isə vaxtaşırı qazıntı işləri aparılır, kommunikasiya xətlərinin yeri dəyişdirilir. Mən hələ su borularının partlamasını demirəm. Su asfaltın ən böyük düşmənidir. Bundan başqa hərəkətin şiddətinin də artmasını qeyd etməliyəm. Hazırda 25-30 il ilə müqayisədə nəqliyyat vasitələrinin sayı dəfələrlə çoxdur. Köhnə yollar isə şiddətə davam gətirə bilmir".

ASC rəsmisi onu da qeyd edib ki, qum səpilməsindən sonra yollarda tozluluq yaranır və toz qalxır. Həmin toz kütlələri bir müddət sonra yağış suları ilə qarışır və yenidən yollara ziyan vurur.

Qeyd edək ki, yaxın günlərdə başlayacaq təmir işlərinin Bakının bütün ərazilərində həyata keçirilməsi gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2325   Tarix: 28 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930