Azərbaycanda "Mavi balina"nın qurbanı olan məktəblilər - Nazirlik hərəkətə keçdi

Azərbaycanda "Mavi balina"nın qurbanı olan məktəblilər - Nazirlik hərəkətə keçdiSuraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri "Mavi balina" adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər. Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir. Hadisədən sonra valideynlərə diqqətli olmaları tapşırılıb.

Ölkəmizdə bu cür oyunların uşaqlara ziyan verməməsi üçün hansı qabaqlayıcı addımları atmaq lazımdır?

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sonxeber.az-a açıqlamasında bildirib ki, "mavi balina"ya oxşar çox sayda belə oyunlar mövcuddur. Sadəcə bu məşğuliyyətin spesifik xüsusiyyəti ondan ibarətdir ki, onun fəaliyyətini və ölkədə yayılmasının qarşısını almaq üçün bəlli bir ünvanı yoxdur. Bu şəbəkə, internet eləcə də müxtəlif sosial şəbəkələr üzərindən bir qrup insanları bir-birinə cəlb etməklə yayılan oyunlardır. Bu məşğuliyyət növü uşaqların psixologiyasına ciddi şəkildə mənfi təsir edir.

Azərbaycanda "Mavi balina"nın qurbanı olan məktəblilər - Nazirlik hərəkətə keçdiOnun sözlərinə görə, azyaşlı uşaqlar arasında geniş yayılmış təhlükəli olan bu oyunların zərərlərindən qorunmaq üçün ciddi maarifçilik işləri aparılmalıdır. Cəmiyyətin bütün üzvləri bu problemin qarşısını almaq üçün səfərbər olmalıdırlar. Digər tərəfdən düşünürəm ki, təhsil müəssisələri bu məsələ ilə bağlı tədbir görməlidirlər. Bu hadisələr daha çox uşaqların evdəki kompyuterlərində məşğul olduqları zaman ortaya çıxır.

O.Gündüz vurğulayıb ki, Ailə Qadın Problemləri üzrə Dövlət Komitəsi, Elektron Təhlükəsizlik Mərkəzi birgə bu sahədə maarifçilik işi aparmalı, müəyyən edilmiş tədbirlər həyata keçirməlidirlər. Çünki "mavi balina" adlanan bu oyun əvvəlki klassik oyunlar kimi deyil, bu daha çox son nöqtənin problemidir. Yəni, valideyn, müəllim həmrəyliyi ortaya qoyulmalıdır.
İntihara səbəb olan bu məşğuliyyət növləri ilə mübarizə aparmaq üçün sosial şəbəkələrdə, digər media resurslarında onların necə yayılması ilə bağlı monitorinq aparılmalıdır. Cəmiyyətin bütün üzvləri bu problem üçün səfərbər olmalıdırlar".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirilib ki, Rusiya, Qazaxıstan, Qırğızstan, Ukrayna, Hindistan kimi ölkələrdə yayılan və daha çox 13-15 yaş aralığında olan uşaqları və yeniyetmələri cəlb edən "Mavi balina" adlı oyun hər hansı tətbiqetmə və ya internet informasiya ehtiyatı şəklində mövcud deyil. Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir .

Belə ki, sosial şəbəkələrdə müəyyən "hashtag" və qruplar yaradılmaqla oyun idarəçi (admin) tərəfindən yönləndirilir.

Artıq bir çox sosial şəbəkələr oyunla bağlı filter tətbiq edir, müxtəlif dillərdə "mavi balina" adı altında yaradılan "hashtag"ları bloklayır.

İnternet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm "Aztelekom" həm də "Baktelecom" internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə "Təhlükəsiz İnternet" xidməti təqdim edir.

Bu filtrasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər.

Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlər azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya və ekstremizmi təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarət edə bilir.

Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri "qara siyahı"ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin, istənilən zaman filtri deaktiv edərək, "qara siyahıya" daxil edilən resursu aktivləşdirmək də olar.

Nazirlik tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi valideynlərə yetkinlik yaşına çatmayan uşaqlarının internetdən, xüsusilə sosial şəbəkələrdən istifadəsinə nəzarət etməsini tövsiyə edir. Eyni zamanda valideynlərin uşaqların psixiloji vəziyyətindəki neqativ istiqamətdə dəyişiklikləri nəzərə almaları və bu məsələyə xüsusi diqqət yetirmələri vacib hesab olunur.

Uşaqların internetə valideynlərin də istifadə etdiyi kompüter üzərindən daxil olması məqsədəuyğundur.

Bundan başqa, uşaqların istifadə etdiyi bütün elektron cihazlarda valideyn nəzarət sistemi üzrə alətlərin quraşdırılması vacibdir.

Valideynlər övladlarının "Mavi balina" oyununu oynadığını fərq etdiyi təqdirdə ilk növbədə bütün elektron alətlərdən internetə daxilolmanı kəsmələri məsləhətdir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin polis əməkdaşları "Mavi balina" adlı yeniyetmələr üçün təhlükəli oyularla bağlı müvafiq araşdırmalar aparıb, həmin məktəblilərlə söhbət edilib. Məlum olub ki, şagirdlər adı qeyd olunan internet oyunundan istifadə etməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4434   Tarix: 01 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 255
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 424
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 210
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 710
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 170
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 491
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 331
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 732
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 541