"Harya gedirsən, ayə" oxuyan gənc SÜRGÜN edilsin? - AQİL ABBAS ETİRAZ ETDİ

"Harya gedirsən, ayə" oxuyan gənc SÜRGÜN edilsin? - AQİL ABBAS ETİRAZ ETDİSovetlər dönəmində sürgün çox qorxulu bir şey idi. Basırdılar Sibirə, elə təkcə iki ay qatarla yol gedirdilər. Qayıdacaqları da sual altında.

Azərbaycanda sürgün o qədər də qorxulu deyil. Çünki ölkənin harasına sürgün eləsələr dörd saatlıq yoldu. Ona görə də bu Vüsal Rzasoyu ölkədən xaricə sürgün eləmək lazımdı, elə Sibirə. Ulu babalarımızın yurduna.

Nə olub, nə olub? Bir Vüsal Rzasoy adında gənc bir mahnı oxuyub: «Ayə, hara gedirsən, ayə?».

İndi baxıram hamı həmin bu gənci topa tutub, həm də bu gəncin özünü Və burda qeyri-adi heç nə görmürəm. Gərək elə televiziya ekranlarına gənclər həmişə ütülü çıxa, qalstuklu, saçı-başı daranmış, qara kostyumda və ütülü də danışa?!

Qeyri-adi istedadlı insanlar həmişə ütüsüz olurlar.

Vaqif Mustafazadənin, Rəmişin gənclik illəri çoxlarımızın yadındadı. Heç bir ölçüyə sığmır. Rəmiş hətta dövlət konsertinə saçı çiynində, cins şalvarda çıxıb.

Bütün Azərbaycan Vaqif Mustafazadənin bığını qırxdırmaq istəyirdi.

Yaxud Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, bunlar ütüsüz insanlardı. Ütülənsələr, Ramiz Rövşənin qəbri dammayacaq, Vaqif bir də doğulmayacaq, qardaşının üzü kömək olmayacaq, toy evindən dörd hasar o yanda oynamayacaq…

Bax, Rəmiş ütüləndi, əvvəlki Rəmişliyi, o çılğın, o dəli, ipə-sapa yatmamaqlığı və həm də elə barmaqları da ütüləndi.

Araz Elsəsi ütüləsən Arazlığı və Elsəsliyi gedəcək. Gəl ona Araz Elsəs yox, Qarqar (Qarabağda qurumuş çaydı, ildə bir dəfə özündən çıxıb sellənir) Elsəs deyək. Halbuki o, ütüsüz olduğuna görə, amma gözəl səsiylə harayımızı dünyaya çatdırıb.

Aşıq Ədalət ütülü olsaydı Ədalət olardımı?

Belə misallar çox çəkə bilərəm. Hətta Maestro Niyazi də ütüsüz insan idi.

Nə isə…

İndi bu Vüsal Rzasoy. Çox gözəl səsi var. Gözəl gələcəyi ola bilər. Təbii ki, özünü qorusa və ütülənməsə.

Hamı qalxıb bu gəncin əleyhinə. Allah, sən saxla, bu sosial şəbəkələr onu boğub öldürəcək.

Bizim üçün yenidi. Əslində isə elə bir yenilik deyil. Şaman babalarımızın üslubunda oxuyur. Açın yutubda (mən sözü dilimə yatdığı kimi yazıram) Sibir xalqlarının mahnılarına, musiqilərinə qulaq asın. Hətta türklərin ulu babaları Tanrıya dualarını da bu cür çatdırmağa çalışırlar. Və elə bu cür dualar da Tanrıya çatır.

Qaldı mahnının sözlərinə, gərək onu belə ifa edərdi: «Ayə, hara gedirik, ayə?!»

Hamının sevimlisi olan Alim Qasımov da yaxşı mənada muğamın «anasını ağladır». Vaqif Mustafazadənin pianoda elədiyini Alim Qasımov da qeyri-adi səsiylə edir. O vaxt Vaqif Mustafazadəni çərlədib öldürdük. Əvvəllər çox çalışdıq ki, Alim Qasımovu da çərlədək, amma Tanrı ona göndərdiyi səsiylə Alimi qorudu.

İndi bu uşaqdan nə istəyirsiniz?!

Oxu, Vüsal bəy! Oxu, dostum! Qoyma səni ütüləsinlər! Ütülənsən, Azərbaycanda minlərlə oxuyanlardan birinə çevriləcəksən.

Qoy səni tay heç televizora buraxmasınlar.

Vaxtilə Vaqif Mustafazadəni də, Qədir Rüstəmovu da, Rəmişi də televizora buraxmırdılar. Amma sonra… Tay onlardan bir də olmayacaq.

İllərdi Cavanşir Quliyevi televizorda görən yoxdu. Eləcə də Ramiz Rövşəni, Vaqif Cəbrayılzadəni, Zakir Fəxrini. Onlar üçün dünya dağılıb?! Dillər əzbəridilər.

Amma inanmıram ki, televiziyalar sənə olan bu hücumlardan sonra qorxub qapılarını sənin üzünə bağlayalar. /qaynarxett.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5109   Tarix: 26 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

10:17 628
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

17:21 61
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

12:01 136
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 564
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

17:48 137
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

12:55 122
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 437
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

17:27 165
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 233