Vilayət Eyvazov Pakistan nümayəndə heyətini qəbul etdi - FOTO

Vilayət Eyvazov Pakistan nümayəndə heyətini qəbul etdi - FOTOZubair Hayat: "Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir"

Noyabrın 24-də daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zubair Hayatın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DİN-in mətbuat xidmətindən BiG.AZ -a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun səmimi salamlarını qonağa çatdıran nazirin birinci müavini dost və qardaş, strateji müttəfiq olan iki dövlət arasında əlaqələrin qədim tarixə və dərin köklərə malik olduğunu xatırladaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əməkdaşlığın genişlənməsinə hər zaman xüsusi önəm verdiyini, Pakistanın müstəqilliyimizi tanıyan ilkinci ölkə, beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb.

Daha sonra o, qonağa DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəmizdəki mövcud kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən islahatlardan danışıb, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində ötən illər ərzində uğurlu nəticələrin əldə edildiyini, sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunduğunu, belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandığını qeyd edib.

Polis general-leytenantı V.Eyvazov hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx münasibətlərin mövcüdluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, təcrübə və məlumat mübadiləsindən razılığını bildirib, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Ölkəmizə ilk dəfə səfərə gəldiyini qeyd edən general Zubair Hayat səmimi qəbula, dolğun məlumata görə təşəkkür edib, dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin son illər bütün sahələrdə sürətlə inkişaf etməsindən, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlətlərindən və şəhərlərindən biri olmasından, Azərbaycanda həyata keçirilən geniş quruculuq işlərindən məmnunluğunu bildirib.

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1169   Tarix: 24 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya: "Ukraynada Xarkov və Donetskdə 2 yaşayış məntəqəsini ələ keçirdik"

Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində Kislovka və Ukraynanın Donetsk vilayətində Novokalinovo qəsəbələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, açıqlamada Ukraynanın Rusiyanın enerji obyektlərinə ziyan vurmaq cəhdlərinə cavab verdiyi və bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələrini

08.05.2024 170
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 909
.

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkild

08.05.2024 152
.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-c

08.05.2024 564
.

Sakit okeanda 6,1 bal gücündə zəlzələ oldu

Sakit okeanda yerləşən Vanuatuda zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,1 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Luqanvil bölgəsindən 99 kilometr şimal-şərqdə olduğunu bildirib. Zəlzələ yerin 12,5 kilometr dərinliyində qeyd

08.05.2024 143
.

Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?

Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?. Mövzu ilə bağlı BİG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib. O bildiri

08.05.2024 222
.

Qəzzada həlak olan BMT-nin işçilərinin sayı 188-ə çatıb

İsrail 7 aydan çoxdur ki, Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölən və yaralananlar günü gündən artır. Onlar arasında BMT işçiləri də var. Ölən işçilərin sayı 188 nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliy

08.05.2024 158
.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

08.05.2024 972
.

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər

Xırdalanda sahibsiz küçə itləri qadına hücum ediblər. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yol ilə hərəkət edən qadına altı it hücum edib və ayağından dişləyib. Qadının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur

08.05.2024 177