Cənubi Qafqaz regionunda ən güclü ordu Azərbaycana məxsusdur

Cənubi Qafqaz regionunda ən güclü ordu Azərbaycana məxsusdurCənubi Qafqaz regionunda ən güclü ordu Azərbaycana məxsusdur.

BiG.AZ -ın məlumatına görə, bu barədə Rusiyanın tanınmış hərbi eksperti, "Arsenal oteçestva" jurnalının redaktoru Aleksey Leonkov "Svobodnaya Pressa" portalına müsahibəsində ABŞ tərəfindən Gürcüstana tank əleyhinə "Javelin" raket komplekslərinin satılmasını şərh elərkən bildirib.

Pentaqona daxil olan təhlükəsizlik sahəsində əməkdaşlıq agentliyinin yaydığı məlumata görə, ABŞ Dövlət Departamenti artıq buna icazə verib. ABŞ konqresi tərəfindən təsdiqlənməli olan müqavilə çərçivəsində Gürcüstana 410 ədəd tank əleyhinə "Javelin" raket kompleksi və 72 ədəd komanda buraxılış qurğusunun verilməsi düşünülür. Ümumilikdə satışların toplam qiyməti 75 milyon dollar təşkil edəcək.

Cənubi Qafqaz regionunda ən güclü ordu Azərbaycana məxsusdurRusiya hərbi ekspert dairələrində bu Cənubi Qafqazda hərbi balansın pozulması ilə bağlı müzakirələrə səbəb olub. Amma Aleksey Leonkov bu satınalmalardan sonra belə ümumi fonda yenə Gürcüstanın zəif göründüyünü bildirir.

Onun sözlərinə görə, Gürcüstan Qarabağa görə müharibə edən Azərbaycanın və Ermənistanın qonşusudur. "Ermənistan KTMT sazişi üzrə Rusiyanın müttəfiqidir. Orada Rusiyanın iki hərbi bazası var və rus hərbçilər xidmət edir. İrəvan Rusiyadan yetərincə çağdaş komplekslər alır. Amma güclərin nisbətinə – silahların sayına və miqlarına görə hazırda regionda ən güclü ordu Azərbaycana məxsusdur", - deyə Aleksey Leonkov bildirib.

Aleksey Leonkovun sözlərinə görə, Azərbaycan öz ordusunu üç mənbənin hesabına gücləndirir: "Türkiyə də kömək edir. İsrail də. Onlar Rusiyanı da yaddan çıxarmırlar. Amma Ermənistan da çağdaş silahla təchizinə görə ən zəif deyil. Ümumi fonda Gürcüstan daha sadə görünür. Baxmayaraq ki, onun əsas sponsoru ABŞ-dır",- deyə Aleksey Leonkov vurğulayıb.

Pentaqon Ermənistana da silahlar satır. Məsələn, bu yaxınlarda Ermənistan ordusu ABŞ-dan çağdaş gecə müşahidə cihazları alaraq Qarabağda cəbhə xəttinə yerləşdirib. Erməni general Arkadi Ter-Tadevosyanın dediyinə görə, həmin cihazlar 20-25 kilometr dərinlikdə Azərbaycan ordusunun hərəkətini müşahidə etməyə imkan verir.

Amma Gürcüstan və Ermənistandan fərqli olaraq ABŞ Azərbaycanı silah və hərbi ləvazimat satmır. Bu, 1992-ci ildə ABŞ Konqressi tərəfindən edilmiş qəbul edilmiş 907-ci düzəlişlə yasaqdır. Düzəliş ABŞ Demokratlar Partiyasının təmsilçisi, Obamanın dövründə dövlət katibi olmuş Con Kerrinin təklifi ilə irəli sürülüb, Respublikaçılar partiyasının nümayəndəsi senator Riçard Luqar Azərbaycanı müdafiə edərək onun əleyhinə çıxsa da, erməni lobbisi onu qəbul etdirməyi bacarıb. Düzəlişə əsas kimi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi göstərilir.

Cənubi Qafqaz regionunda ən güclü ordu Azərbaycana məxsusdurDemokratlar Partiyasının nümayəndəsi, 1990-cı illərin əvvəllərində Moskvada işləmiş Viktoriya Nuland isə 1990-cı illərin əvvəllərində Qarabağ məsələsinin həlli ilə bağlı Pol Qobl planının gerçəkləşdirilməsinə mane oldu. Həmin plana görə, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın nəzartində olmayan ərazilərinin əvəzinə Azərbaycana Meğri rayonunu verməli idi. Bu zaman Azərbaycanın ərazi itkiləri cüzi olacaqdı, çünki həmin vaxt Laçın və Şuşa Azərbaycanın nəzarətində idi, əvəzində isə Naxçıvana və Türkiyəyə quru əlaqə yaranacaqdı. Nuland bunun qarşısını almaq üçün məxsusi olaraq İrəvana gəldi və erməniləri bunu etməməyə çağırdı. Sonrası isə məlumdur.

İndi Amerikada Respublikaçılara hakimiyyətə gəlib və bu partiya ənənvi olaraq Azərbaycana daha obyektiv və səmimi münasibət göstərir. Məhz bu partiyanın nümayəndəsi Corc Buş 2001-ci ildə prezident kimi fəaliyyətə başlayan kimi Konqerssə məktub yazaraq Azərbaycan ərazilərinin hansısa erməni silahlı birləşmələri tərəfindən yox, Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edildiyini bildirdi. Bu, Ermənistanın işğalçı olduğunu göstərə ilk beynəlxalq sənəd idi. Buna qədər erməni lobbisi ərazilərin Dağlıq Qarabağa məxsus erməni birləşmələri tərəfindən işğal edildiyini iddia edərək məsələyə milli azadlıq donu geyindirməyə çalışırdılar.

Azərbaycan Respublikçıların hakimiyyətə gəlməsindən yararlanaraq 907-ci düzəlişin qüvvədən salınmasına nail olmalıdır. Bu, Azərbaycana işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsində böyük dəstək ola bilər.

Mənb: İstipress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1308   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

10:28 446
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 467
.

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Məlumata görə, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdar

02.05.2024 195
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 431
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 74
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 362
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 212
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 260
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 191