Millət vəkili Bəstəkarlar İttifaqı ilə görüşüb - VİDEO+FOTOLAR

Millət vəkili Bəstəkarlar İttifaqı ilə görüşüb - VİDEO+FOTOLARBəstəkarlar İttifaqında millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib.

BiG.AZ xəbər verir ki, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə dəvət üçün və bu qədər dəyərli bəstəkar, ziyalı ilə görüşün təşkili üçün təşəkkürünü bildirən millət vəkili, siyası elmlər doktoru Q.Paşayeva bildirib ki, dünyanın hər yerinə getdiyimiz zaman ilk öncə fəxrlə danışdığımız mədəniyyətimizdir və musiqimizin inkişafında xidməti olan bütün dəyərli bəstəkarların yanında olmaq, onlara dəstək göstərmək cəmiyyətimizin hər bir üzvünün ilk  növbədə vətəşdaşlıq borcudur. Millət vəkili Q.Paşayeva bidirib ki, ölkəmizdə gənclərin əsl musiqiyə meylinin artması çox vacibdir və bölgələrdə musiqi məktələrinin sayı daha da artmalıdır: "Mən iki müəllimin qızıyam. Yaddımdadır hələ ibtidai sinifdə oxuyurdum. Atam məni musiqi məktəbinə piano sinifinə yazdırmışdı. Biz zəngin ailə deyildik və o zaman piano almaq o qədər də asan deyildi və mən uzun illər keçməsinə baxmayaraq atamla anamın qonşu otaqda söhbətlərini heç unutmuram. Anam dedi ki, evimizdə piano almaq üçün pul azdır və əgər piano alsaq evimizdə heç pul qalmayacaq və qarşıdan qış gəlir, isti geyimlıər almaq lazımdır, evdə az da olsa pul olmalıdır. Atam anama dedi ki, köhnə isti paltarlarımızı geyinərək, lazım olsa yeməyə də daha az pul xərcləyərik, amma o piano Qənirə alınacaq və o, mütləq musiqi məktəbinə gedəcək. O piano bu gün də evimin ən əziz əşyasıdır. Çünki onun mənəvi çəkisi maddi çəkisindən min dəfələrlə daha ağırdır. İkinci unutmadığım xatirəm isə odur ki, o zaman piano sinifləri 7 illik idi və diplom almaq üçün 7 il oxumaq lazım idi.  Yuxarı siniflərə gəldiyimdə hər gün məşğələlərə gedirdim, o zamanlar tibb universitetinə öz biliyinə ilk il daxil olmaq çox çətin idi. Eyni zamanda musiqi dərslərinə də getməli idim. Bir gün atama dedim ki, əgər məsləhət olarsa musiqi məktəbinə getməyim daha. Çünki mən musiqi təhsilinin davamı üçün  konservatoriyaya getməyəcəm və mənə 7 illik musiqi diplomu lazım deyil. Amma musiqi məktəbi, məktəb və bütün günü məşğələlər çox çətindir və əgər musiqi məktəbinə getmsəm, o zamanı da dərslərə ayıra bilərəm. Atamın o zaman mənə söylədiyi sözü heç unutmuram və hər zaman ailələrlə görüşdə söyləyirəm. Atam dedi: "Qızım mən sizi musiqi məktəbinə verəndə musiqiçi olun niyyəti ilə verməmişdim. O, Allahın bir vergisidir və əgər sizdə böyük musiqi istedadı olsa, onsuzda arxasınca gedəcəkdiniz. Amma mən sizi musiqi məktəbinə verəndə istədim ki, ən azı musiqinin nə olduğunu anlayasınız, biləsiniz." Ona görə də musiqi məktəbləri artmalıdır, ailələr uşaqlarının musiqi məktəblərinə daha çox verməlidirlər. Bu həm musiqi mədəniyyətimizin inkişafı üçün böyük istedadların daha çox ortaya çıxması üçün, həm də musiqi zövqümüzün korlanmamasıı üçün lazımdır. Bu gün musiqidən xəbəri olmayan bəzi müğənniləri dinləyən yüzlərlə gənci görəndə çox üzülürəm və doğurdanmı bu gənclər onların oxuduqlarını sevirlər deyə təccüblənməklə yanaşı üzülürəm də...  Biz dünya ölkələrinə çıxdığımız zaman Üzeyir bəylə, Qara Qarayev, Fikrət Əmirov, Şəfiqə Axundova və adlarını sadalaya biləcəyim onlarla böyük bəstəkarlarımızla fəxr edirik və bu gələcəkdə də davam etməlidir. Ona görə də Bəstəkarlar İttifaqının fəaliyyəti bu istiqamətdə də önəmlidir və biz hər zaman sizin yanınızdayıq.  Firəngiz xanım da bizim qürur duyduğumuz bəstəkarlarımızdandır və bir az əvvə mənə görülən işlərlə bağlı məlumat verəndə, "İpək Yolu" layihəsi barədə danışanda çox məmnun oldum. Millət vəkili, vətəndaş olaraq nədə yanınızda ola biləriksə, bilin ki, hər zaman yanınmızdayıq. Məni Milli Məclisdə Bəstəkarlar İttifaqının təmsilçisi olaraq da görə bilərsiniz. Sizə hər zaman böyük uğurlar arzulayıram". Millət vəkili Q.Paşayeva bəstəkarları maraqlandıran sualları da cavablandırıb, onlara imzalı kitablarını hədiyyə edib. Millət vəkili Q.Paşayeva  həmçinin İttifaqın sədri Firəngiz Əlizadə ilə də geniş sörüşüb, fikir mübadiləsi olub və   bütün gözəl layhələrinizdə yanınızdayıq deyib.

Görüşün videosunu bu linklərdən izləyə bilərsiniz:

Millət vəkili Bəstəkarlar İttifaqı ilə görüşüb - VİDEO+FOTOLARMillət vəkili Bəstəkarlar İttifaqı ilə görüşüb - VİDEO+FOTOLARMillət vəkili Bəstəkarlar İttifaqı ilə görüşüb - VİDEO+FOTOLARMillət vəkili Bəstəkarlar İttifaqı ilə görüşüb - VİDEO+FOTOLARMillət vəkili Bəstəkarlar İttifaqı ilə görüşüb - VİDEO+FOTOLARMillət vəkili Bəstəkarlar İttifaqı ilə görüşüb - VİDEO+FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1174   Tarix: 21 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 864
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 226
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 231
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 417
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 164
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 167
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 292