Energetika naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Energetika naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşübEnergetika nazirliyində energetika naziri Pərviz Şahbazovla ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta arasında görüş keçirilib.

BiG.AZ xəbər verir ki, iki ölkə arasındakı diplomatik münasibətlərin enerji sahəsində əməkdaşlıq əlaqələrinə böyük töhfə verdiyini vurğulayan Pərviz Şahbazov ölkəmizin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasında ABŞ-ın rolunun hər zaman yüksək olduğunu bildirib. ABŞ vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsinin icrasında göstərdiyi güclü dəstəyi bu gün "Cənub Qaz Dəhlizi", eləcə də onun mühüm bir seqmenti olan Trans-Adriatik boru kəməri layihələrində (TAP) davam etdirir. Avropada enerji təchizatının diversifikasiyasını təmin edəcək "Cənub Qaz Dəhlizi" layihəsi üzrə işlər hazırda uğurla həyata keçirilir. Görüşdə bildirilib ki, Azərbaycanla ABŞ arasındakı strateji əlaqələrdə enerji təhlükəsizliyi mühüm yer tutur.

Nazir gələcəkdə bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi üzrə də böyük əməkdaşlıq potensialının olduğunu deyib. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərdə, yeni texnologiyaların tətbiqində ABŞ-ın təcrübəsindən faydalanmaq olar.
Səfir Robert Sekuta isə, Azərbaycan-ABŞ münasibətlərində enerji məsələlərinin əhəmiyyətli yer tutduğunu bildirib. Onun sözlərinə görə, qlobal enerji təhlükəsizliyinin təminatına yönələn layihələrlə Azərbaycan ABŞ-ın diqqətindədir. Bu diqqətin göstəricisi kimi ABŞ prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı, eləcə dövlət katibi Reks Tillersonun "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının üçüncü iclası ilə əlaqədar məktublarını göstərmək olar.
"Cənub Qaz Dəhlizi"nin strateji əhəmiyyətindən bəhs edən səfir layihənin Balkan regionunun qaz təminatında da geniş imkanlar yaradacağını qeyd edib.

O, "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişlə ölkəsinin Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi qalacağını bildirib. Yeni layihələrin bu tərəfdaşlığı daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. ABŞ yalnız Azərbaycanın maraqlarına cavab verən layihələrdə iştirak edərək, əməkdaşlıqda maraqlıdır, - deyə səfir qeyd edib. Robert Sekuta "Azərbaycanın elektrik enerjisi bazarı haqqında" qanun layihəsinin hazırlanmasında Energetika Nazirliyinə bundan sonra da lazımi dəstəyin davam etdiriləcəyini söyləyib.

Görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti Vyana görüşü, neft bazarının inkişaf tendensiyaları, eləcə də enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.

Energetika naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 534   Tarix: 13 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 202
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

11:48 93
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 115
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

22:12 0
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 213
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0