Prezident İlham Əliyev: "Bakı Metropoliteni yenidən qurulacaq"

Prezident İlham Əliyev: "Bakı Metropoliteni yenidən qurulacaq"Prezident İlham Əliyev Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasim iştirakçılarına müraciət ünvanlayıb.
BiG.AZ trend-ə istinadən xəbər verir ki, məktubu dövlət başçısının iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov oxuyub.

Müraciətdə deyilir: "Hörmətli mərasim iştirakçıları! Sizi Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan paytaxtında yeraltı nəqliyyatın yaradılması ideyası hələ 1930-cu illərin əvvəllərində şəhərin perspektiv inkişafı üzrə baş planı işləndiyi vaxt meydana çıxıb. İkinci Dünya müharibəsinin başlaması həmin planın, eləcə də metro tikintisi ideyasının gerçəkləşdirilməsinə imkan vermədi. Sonrakı dövrdə qarşıya çıxan ən müxtəlif çətinliklərə baxmayaraq, metro inşaatçılarının böyük zəhməti bahasına 1967-ci ilin noyabr ayında Bakı Metropoliteninin birinci növbəsi işə salındı ki, bu da Azərbaycanın həyatında baş vermiş mühüm və əlamətdar hadisə idi. Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik edərkən məhz onun diqqət və qayğısı sayəsində Bakı Metropolitenində tikinti işlərinin sürəti intensivləşdirildi, yeni xətlər istismara verildi, yaşayış massivlərinin Bakının mərkəzi ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşdırıldı.

Ötən yarım əsrdə Bakı şəhərinin infrastrukturunda və əhalinin ictimai nəqliyyatla təminatında metropolitenin fəaliyyətinin nəticəsi olaraq köklü dəyişikliklər baş verib, onun ümumşəhər sərnişindaşımalarında payı davamlı olaraq artıb. Metropolitenin istismarı sahəsində irimiqyaslı işlər aparılıb və müasir avadanlıqlarla təchiz edilən maddi-texniki bazası təkmilləşdirilib. Dövrün tələblərinə uyğun texnologiyaların tətbiqi, yeni standartlara keçidin başlıca meyar olması və insan resurslarının lazımınca dəyərləndirilməsi bu gün Bakı metrosunun inkişafında keyfiyyətcə yeni mərhələyə keçidi təmin edib.

Metro stansiyalarının tərtibat baxımından milli memarlıq sənətinin ornamentlərlə zəngin nümunələrinə çevrilməsi xüsusilə sevindiricidir.

Perspektivdə metro şəbəkəsi genişləndiriləcək və inkişaf etdiriləcək. Metropoliten müasir tələblərə müvafiq sürətdə yenidən qurulacaq və sərnişinlərin təhlükəsizlik səviyyəsi daha da yüksələcək.

İnanıram ki, "Bakı Metropoliteni" QSC-nin texniki hazırlığa malik peşəkar kollektivi bundan sonra da özünün iş ahəngini qoruyub saxlayacaq, əzmlə çalışacaq və üzərinə düşən vəzifələrin layiqincə yenirə yetirilməsi üçün bacarıq və qüvvəsini əsirgəməyəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 08 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 226
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 192
.

Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili

01.05.2024 121
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 178
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 417
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 298
.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 1815
.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 125