Valideynləri tərəfindən atılan məşhurlar - FOTO

Valideynləri tərəfindən atılan məşhurlar - FOTOEkranlarda tez-tez gördüyümüz, yaşayışlarına qibtə etdiyimiz bəzi məşhurların həyatı, əslində, acı gerçəklərlə doludur. Bəziləri valideynləri tərəfindən atılıb, uşaq evində böyüyüb, yaxud başqa ailə tərəfindən övladlığa götürülüb.

BiG.AZ ailem.az-a istinadən başqaları tərəfindən övladlığa götürülən məşhurları təqdim edir.

Valideynləri tərəfindən atılan məşhurlar - FOTOStiv Cobs

1955-ci il fevralın 24-də San Fransiskoda dünyaya gəlib. Anası Coanne Şieble, atası Əbdülfəttah Candali Viskonson Universitetinin aspirantları idi. Onların rəsmi nikahı olmadığı üçün övladlarını uşaq evinə verməyə məcbur olurlar. Körpə Paul və Klara Cobs tərəfindən övladlığa götürülüb. Onlar uşağa Stiv adını qoyublar. Klara mühasib, Paul isə sahil mühafizə xidmətinin veteranı və maşinist idi. Stivə texnologiyanı məhz ögey atası Paul sevdirib. Onlar evin qarajında saatlarla hansısa aləti söküb-yığırdılar. Bu, Stivdə artıq bir hobbiyə çevrilmişdi. Texnikaya olan bu istək, həvəs gələcəkdə Stiv Cobsu "Apple" şirkətinin qurucusu edir. Yeri gəlmişkən, Stiv 27 yaşında bioloji valideynlərini tapır. Onda Əbdülfəttah politologiya üzrə professor, Caanne isə loqoped idi. Cütlük artıq evlənmişdi və Mona adlı bir qızları da vardı.

Valideynləri tərəfindən atılan məşhurlar - FOTONikol Riçi

Nikol Riçi bəziləri tərəfindən məşhur müğənni Laynl Riçi və Brendanın qızı olaraq tanınır. Amma həqiqət elə deyil. Nikol, əslində, Laynl Riçinin orkestrində çalışan bir cütlüyün qızıdır. Nikolun ailəsi onu üç yaşına qədər böyüdüb, daha sonra maddi durumları yaxşı olmadıqları üçün müğənninin himayəsinə veriblər. Nikol 9 yaşına çatanda, yəni Riçi cütlüyü boşanmadan bir il əvvəl rəsmi olaraq məşhur müğənni tərəfindən övladlığa götürülüb.

Valideynləri tərəfindən atılan məşhurlar - FOTOCon Lennon

Con dünyaya gələndən dərhal sonra valideynləri ayrılmışdı. Amma sonra yenidən evlənmişdilər. Culiya kəbin mərasiminə gecikmişdi. Çünki yolda kinoya baxmaq istəmişdi. Dörd il sonra əri Alfred onları qoyub gedir. Nə vaxtsa qayıdacağına söz verərək... Balaca Conu xalası Mimi saxlayır, tərbiyə edir.

Valideynləri tərəfindən atılan məşhurlar - FOTOKoko Şanel

Dünyadakı ən məşhur qadın dizayner 1883-cü ildə Samurda dünyaya gəlib. 5 uşaqlı bir ailəsi olub və ailənin maddi durumu yaxşı olmayıb. 12 yaşında atası onu əvvəlcə bir uşaq evinə, sonra katolik monastrına, daha sonra da yatılı bir internat məktəbinə göndərib. Kokonun dediyinə görə, yaşadıqları onu bu peşəni seçməyə məcbur qoyub. Çünki həyatı boyunca ancaq boz rəngli bir məktəbli forması geyinmək məcburiyyətində olmuşdu.

Valideynləri tərəfindən atılan məşhurlar - FOTORay Liotta

Rayın bioloji valideynləri onu rədd edib, çünki bir uşağı saxlamaq məsuliyyətini üzərlərinə götürməyiblər. Zəngin bir italyan ailə tərəfindən övladlığa götürülən Rayın bir bacısı var.

Valideynləri tərəfindən atılan məşhurlar - FOTOJamie Foxx

Məşhur aktyor Jamie Texasda Lusi Dixon və Darrell Bishopun ailəsində dünyaya gəlib. Doğuşdan qısa müddət sonra ailəsi Jamieni övladlığa verib. Yeni ailəsi ona sənəti sevdirib. Pianoda ifa etməyi öyrədib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1246   Tarix: 06 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281