Rus qızlarını zorlayan Kürdəmir sakinləri həbs edildi

Rus qızlarını zorlayan Kürdəmir sakinləri həbs edildiRusiyada yaşayan iki azərbaycanlı gəncin rus qızlarla əyləncəsi onların həbsxanaya düşməsi ilə nəticələnib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 2009-cu il yanvarın 26-da Rusiyanın Surqut şəhərində baş verib.

Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Seymur Eyvazov bibisi oğlu Həsən Orucovla birgə əylənmək qərarı veriblər. Buna görə tanışları – 1993-cü il təvəllüdlü Diana və 1995-ci il təvəllüdlü Yekaterinanı da çağıraraq Profsoyuz küçəsində kirayə tutduqları evə gediblər.

Qızlardan biri, Yekaterina Bakıya gələrək istintaqa ifadə verib və həmin mənzildə başına gələnləri danışıb. O deyib ki, həmin il yanvarın 24-dən 26-dək tanışları Əkbərin evində qalıblar, sonra isə Seymur ona zəng edərək görüşmək istədiyini deyib: "Görüşdük, bir yerdə onların mənzilində pivə içməyə getdik. Seymurun qohumu Oruc da bizimlə idi. İçəndən sonra mənə, Dianaya hədə-qorxu gəlib soyunmağımızı, əks təqdirdə çoxlu adam çağırıb zorlayacaqlarını dedilər. Seymur məni şillə ilə vurub itələdi, yıxıldım. Qorxumuzdan soyunduq, Oruc Diananı mətbəxə apardı, Seymur isə məndən divanda uzanmağımı tələbə etdi. Mən ona 13 yaşımın olduğunu, bakirə olduğumu dedim. Buna baxmayraq, o mənimlə zorla qeyri-təbii yolla cinsi əlaqədə oldu.

Bir qədər sonra Diana ağlayaraq otağa gəldi, ardınca da Oruc gəldi. O, Diana və Seymura otaqdan çıxmağı tapşırdı. Oruc bu dəfə mənimlə əvvəlcə qeyri-təbii yolla, sonra isə təbii yolla əlaqədə oldu. Müqavimət göstərəndə Oruc məni itələdi, ayağım divana dəyərək xəsarət aldı. Həmin vaxt Diananın da mətbəxdən qışqırıq səsləri gəlirdi. Oruc Diana ilə də təbii yolla əlaqədə olmuşdu.

Gecə saat 4-də bizi oradan göndərdilər, başımıza gələnlər haqda valideynlərimizə danışdıq və polisə şikayət etdik".

Rusiyada məhkumluq həyatı yaşayan O.Həsənov da ifadə verərək baş verənləri təsdiqləyib. Amma deyib ki, Diana və Yekaterina özləri onlarla getmək istəyib: "Qızların təklifi ilə 150 rubla kirayə ev tutduq, Diana ilə Yekaterinaya pul verdim ki, gedib pivə alsınlar. Onlar da 4 pivə, 4 enerji içkisi, 2 qutu da prezervativ almışdılar. İçəndən sonra mən Diana ilə mətbəxdə tək qalan vaxt onunla əlaqədə olmaq istədiyimi dedim, o isə etiraz etdi. Mən də əsəbiləşərək mənzil və içkilərə bu qədər xərclədiyimi və buraya onlarla cinsi əlaqədə olmaq üçün gəldiyimi dedim. Mən onu döymədim, sadəcə, razılaşmasa köynəyini cıracağımı dedim. Sonra Diana paltarlarını çıxardı, onunla əlaqədə oldum. Sonra otağa keçib Yekaterinaya da eyni təklifi etdim, razılaşmasa, paltarlarını cıracağımı dedim. Onunla da təbii yolla əlaqədə oldum. Həmin vaxt Diana və Seymur mətbəxdə idi.

Mən qızların yaşının az olduğunu bilmirdim, görünüşlərinə görə böyük olduqlarını düşündüm. Sonra evin açarlarını qızlara verib Seymurla kazinoya getdik. Təxminən saat 6-da qayıtdıq, onlar hələ də evdə idilər".

O.Həsənov Rusiya vətəndaşı olduğu üçün orada məhkum edilib və 4 il 6 ay cəza verilib. S.Eyvazovun cinayət işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Tamella Nəsrullayeva ona da bibisi oğlu ilə eyni cəzanı verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2980   Tarix: 02 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

20:30 0
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 333
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 224
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344