Varlı ərəblər Ağ Şəhərdən ev almağa başlayıb

Varlı ərəblər Ağ Şəhərdən ev almağa başlayıb"Ağ Şəhərdən, o cümlədən Park Hilldən mənzil alanlar iş adamları, xaricdə yaşayan azərbaycanlılardır. Son 6-7 ayda isə ərəb və iranlılar ev almağa başlayıblar".

BiG.AZ xəbər verir ki, bunu fins.az-a müsahibəsində Park Hill yaşayış kompleksinin direktor müavini Murad Rzayev deyib.
"Artıq ərəblərə 4 mənzil satmışıq"
O bildirib ki, Həyat Park yaşayış kompleksindən 3 ərəb mənzil alıb, Park Hilldən isə bir ərəb investisiya edib: "Əsasən 126-142 kv.m-lik 3 otaqlı mənzilləri sifariş edirlər. Məsələn, Bəhreyn telekomunikasiya şirkətində rəhbər vəzifədə çalışan Əbdülvahid Zeynal Azərbaycanı və azərbaycanlıları sevir. Ağ şəhərə sürücüsü gətirmişdi, bizimlə layihəni gəzdi və xoşuna gəldi. Düzdür, qərar prosesi bir aydan çox vaxt apardı, amma mənzili aldı. Deyir ki, bir az qocalan kimi Bakıya köçüb burada yaşayacam".

"Bakıda yaşamaq istəyən İran vətəndaşları da Ağ Şəhərə üz tutur"
M. Rzayev bildirib ki, ərəblərlə yanaşı, artıq bəzi İran vətəndaşları da Ağ Şəhərdən ev alırlar: "Bəziləri Bakıda yaşamaq istəyirlər, bəzilərinin isə artıq burada biznesləri var. Bu da onların Ağ Şəhərə marağını artırır".
"Xaricdə yaşayan azərbaycanlılar Ağ Şəhərdən ona görə ev alır ki..."
Bundan əlavə xarici vətəndaşlarla ailə quran və xaricdə yaşayan azərbaycanlılar da Ağ Şəhər layihəsinə maraq göstərirlər: "Məqsədləri yenidən Bakıya qayıtmaq deyil. Amma istəyirlər ki, Bakıya ildə bir dəfə gəlsələr də öz evlərində qalsınlar. Digər tərəfdən, Bakıda yaşayanlardan fərqli olaraq, xaricdə yaşayan yerli vətəndaşlar layihənin gələcəyini daha yaxşı anlayırlar. Yeni əmlaka yatırım onlarda daha yaxşı formalaşıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1974   Tarix: 26 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109