Azərbaycanda 25 günlük körpəni xilas etmək üçün 2 gün vaxt qoyuldu

Azərbaycanda 25 günlük körpəni xilas etmək üçün 2 gün vaxt qoyulduAzərbaycan həkimləri çox mürəkkəb ürək cərrahiyyəsi əməliyyatı aparıblar. Çəkisi dörd kiloqram olan yeni doğulmuş körpənin həyatının ilk günlərindən ona "anadangəlmə ürək qüsuru" - əsas damarların yerini dəyişməsi diaqnozu qoyulub. Əməliyyatın mürəkkəbliyi ondadır ki, dəqiq diaqnoz qoyulandan sonra əməliyyat mümkün qədər tezliklə aparılmalıdır.

BiG.AZ xəbər verir ki, bu barədə azertac-a müsahibəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Hikmət Nağıyev bildirib.

Onun sözlərinə görə, xəstəxanaya qəbul edilərkən körpənin vəziyyəti son dərəcə mürəkkəb idi, qanda oksigenin miqdarı 44 faiz təşkil edirdi.

H.Nağıyev sonda deyib: "Körpə reanimasiya şəraitində ikigünlük hazırlıqdan sonra kardiocərrah Seymur Musayev tərəfindən əməliyyat masasına alındı. Əsas damarların yerinin dəyişdirilməsi əməliyyatı (Jatene əməliyyatı) aparıldı. 25 günlük körpənin əməliyyatdansonrakı dövrü maneəsiz keçdi və 15-ci gün körpə evə buraxıldı. Əməliyyatın xüsusiyyəti ondadır ki, bütün briqada yalnız yerli mütəxəssislərdən ibarət idi (cərrahlar - tibb üzrə fəlsəfə doktorları Hikmət Nağıyev və Seymur Musayev, Kənan Əsədov, Fərid Hüseynov, anestezioloq – Aynur Qasımova, reanimatoloq – Təranə Göyüşova, perfuzioloqlar – Səfa Gülməmmədova və Zamiq Bəndəliyev, uşaq kardioloqu – Nəsimi Cabbarov). Onu da qeyd etmək istərdim ki, diaqnozun ağırlığına və əməliyyatın mürəkkəbliyinə baxmayaraq, körpə həmyaşıdları kimi sağlam böyüyəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2903   Tarix: 25 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Ağentliyindən (BNA) -a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur

08.07.2020 1386
.

Bu aktrisanı Ebru Gündeşə BƏNZƏTDİLƏR - FOTO

Türkiyənin sevilən aktrisası Hazar Ergüçlüdən yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, sosial mediada aktrisanın keçmiş fotosu yayılıb. İzləyicilər həmin fotoda Hazarın çox dəyişdiyini deyiblər. Hətta onlar arasında aktrisanı ifaçı Ebru Gündəşə bənzədən də olub. Fidan Bayramova

18.09.2020 3764
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587
.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687