Qaraşovun oğlunun maşını piyadanı keçiddə belə vurdu - VİDEO
Sürücülərin yağışlı havada sürət həddinə və ara məsafəsinə fikir verməməsi qəzaya səbəb olur
BiG.AZ xəbər verir ki, oktyabrın 17-də, saat 11:25 radələrində Bakıda, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil yolu keçən piyadanı vurub. Hadisə piyada keçidinin üstündə baş verib. Piyadanı vuran avtomobil sahibi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hadisənin görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Görüntülərdən məlum olur ki, "Jeep" markalı avtomobil hadisəni qarşı yolda - üzü 20 nömrəli məktəbdən Nərimanov heykəlinə gedən yolun əks tərəfində törədib. Hadisəyə səbəb yüksək sürət və düzgün ara məsafəsi saxlamamaqdır. Videodan da göründüyü kimi, sürücü piyada keçidindən keçən xanıma yol verən digər avtomobillərlə toqquşmamaq üçün sükanı sola qaçırıb. Əks istiqamətli yola çıxaraq keçidin üzərindəki qızı vurub.
Arif Qaraşov açıqlamasında bildirmişdi ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub. Lakin görüntülərdən də məlum olur ki, avtomobildən bir neçə nəfər düşür, yaralı qızı maşına qoyaraq hadisə yerindən uzaqlaşırlar.
Bu hadisədən belə nəticəyə gəlmək olur ki, əksər sürücülər yağışlı hava şəraitində düzgün sürət həddi və ara məsafəsi seçmirlər. Bu isə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. "Yol hərəkəti haqqında" qanunda da sürücülərə tövsiyə edilir ki, yol və meteoroloji şəraitə uyğun olaraq sürət həddi seçsinlər. Yəni, əgər bir küçədə sürət həddi saatda 60 km nəzərdə tutulubsa, bu o demək deyil ki, yağılı havada da bu sürətlə sürmək lazımdır. Həmçinin ara məsafəsi də vacib amildir. Çünki qarşıdaki avtomobil hansısa səbəbdən qəfil dayandıqda ya onu arxadan vurmalısan, ya da saga-sola çəkərək digər hadisəyə səbəb olmalısan.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3885 Tarix: 24 oktyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda SİLSİLƏ ƏMƏLİYYATLAR: 85 nəfər tutuldu
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 1 ay ərzində muxtar respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğunun təmin edilməsi, cinayətkarlığın qarşının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin saxlanılara
16.12.2025 313 Xanım deputatlar saçyolduya çıxdılar - Video
Meksika paytaxtının şəhər Konqressində xanım deputatalra arasında dava düşüb. "Yeni Sabah" xəbə verir ki, qarşıdurma Mexiko şəhərinin şəffaflıq agentliyinin ləğvi və onun yerinə yeni nəzarət orqanının yaradılması təklifinin müzakirəsi zamanı yaranıb. Tribuna qarşında deputatlar münasibətlərin
16.12.2025 349 Həmin atışmada yaralanan ikinci avtoritet də öldü
11 noyabrda Qondarma "Abxaziya Respublikası"nın Suxumi şəhərində baş vermiş atışma nəticəsində yaralanan ikinci şəxs Moskva klinikasında vəfat edib. xarici mediaya istinadla bildirir ki, Suxumi sakini olan 45 yaşlı avtoritet Almas Kvitsiniya ağır kəllə-beyin travması alıb. O, müalicə üçün Rusiyay
16.12.2025 292 Nadir nəvəsindən danışıb ağladı
Müğənni Nadir Qafarzadə yeni doğulan nəvəsindən danışaraq kövrəlib. "Yeni Sabah" xəbər verir ki, ifaçı "Öz aramızda" verilişində illərdir bu həsrətlə yaşadıqlarını deyib. "Bu uşaqlar hər gün Allaha dua edirdi. Oğlum 5 ildən çoxdur ki, namaz qılır. Deyirdim ki, Allah, böyüklüyün
16.12.2025 517 Azərbaycanda elektron siqaret - Qadağan edilir
Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun
16.12.2025 509 Pakistanda 5,2 bal gücündə zəlzələ baş verib
Pakistanın Bəlucistan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Geo News-un Pakistan Meteorologiya Departamentinə istinadən verdiyi məlumata görə, episentri Bəlucistan əyalətinin Sommiani bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. 12 kilometr dərinlikd
16.12.2025 237 Ailəsi o qızı təhsildən belə yayındırıbmış - Rəsmi
Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz rayonu sakini olan qız şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsində
16.12.2025 352 "Gənclər apteklərdən narkotik maddə alıb çəkir" - Yenilənib
"Gənclər nəinki siqaret, həm də apteklərdən narkotik maddə alıb çəkir". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəy
16.12.2025 485 Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?
Qış fəslinin başlanmasına artıq sayılı günlər qalır. Son günlər havada hiss olunan şaxta və kəskin soyuqlar qarşıdan gələn qışın sərt keçəcəyinə işarə edir. Mövsümün dəyişməsi ilə yanaşı, əhali arasında da narahatlıq artır. Vətəndaşları əsasən bir sıra vacib suallar düşündürür: yollar qış şəraitinə n
16.12.2025 273