FTB Stiv Cobs haqda məxfi dosye yayıb

FTB Stiv Cobs haqda məxfi dosye yayıbABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) «Apple» şirkətinin mərhum rəhbəri Steve Jobs haqqında məxfi dosyeni yayıb. Dosyedə Jobs'un narkotik qəbul etdiyi, yalançı olduğu və ailəsinə baxmadığı barədə tanışlarının fikirləri də yer alıb.

FTB 191 səhifəlik bu dosyeni 1991-ci ildə hazırlayıbmış. O vaxt ata Bush'un hökumətində Jobs'a «həssas bir vəzifə» vermək istəyirlərmiş. FTB-yə tapşırılıb ki, Jobs'u daha yaxından öyrənsin.

O vaxt S.Jobs'un namizədliyi Prezidentin İxrac Şurasında bir vəzifə ucun nəzərdən keçirilirmiş.

Dosye Jobs'un dostları və sabiq həmkarlarından alınan müsahibələr əsasında hazırlanıb. Sənəddə adlar çıxarılıb və bəzi təfərrüatlar redaktə olunub. Sənədin bir yerində Jobs'u həddən artıq təkəbbürlü olmaqda qınayırlar. Sənəddə deyilir ki, FTB-nin xüsusi agenti onunla görüşmək istəyərkən S.Jobs'un katibəsi bildirib ki, onun 3 həftə müsahibə verməyə vaxtı olmayacaq. Görüşmək uçun 1 saat belə vaxtı yoxdur.

Narkotikdən istifadə edibmi?
Jobs özü şəxsi məlumat formasını dolduranda, narkotik vasitələrdən istifadə etmədiyini bildirib. Hərçənd, FTB-nin dosyesində qeyd olunur ki, bir necə şəxs onun keçmişdə narkotik maddədən istifadə etdiyini söyləyib. Jobs'un keçmiş işçilərindən biri isə deyib ki, 60-cı illərin sonu - 70-ci illərin əvvəllərində o, narkotik maddədən istifadə etmiş ola bilər.

Sənədin başqa bir yerində isə qeyd olunur ki, Jobs həyat yoldaşına və qızlarına yaxşı baxmayıb.

Bir tanışı isə bildirib ki, Jobs heç də səmimi və vicdanlı adam deyil. Onun fikrincə, Jobs öz məqsədinə çatmaq üçün həqiqəti də təhrif edər. Həmin şəxs də Jobs'un kollecdə oxuyarkən marixuanadan istifadə etdiyini bildirir. Bu haqda onun otaq yoldaşlarından eşitdiyini deyib.

1991-ci ildə FTB S.Jobs haqqında dosye hazırlayanda o, yeni qurduğu «Next Computing» şirkətində işləyirdi. 1985-ci ildə «Apple»dən qovulmuşdu. «Apple»ə o, sonralar - 1997-ci ildə qayıtmışdı. «Daily Telegraph» qəzeti

// Dəyərlər AİN


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2227   Tarix: 29 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 257
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 227
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 284
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 168
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 466
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 301
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1179
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 230
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 752