Silahlı insident: Çovdarov yaralandı - FOTO (YENİLƏNİB)

Silahlı insident: Çovdarov yaralandı - FOTO (YENİLƏNİB)Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) hakim "Gürcü Arzusu" Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, məlumatda deyilir ki, oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndində "Gürcü Arzusu" Partiyasının seçki qərargahının yaxınlığında naməlum şəxslər 4 nəfərə avtomatik silahdan atəş açıb: "Yaralananlar təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onların həyatları təhlükə altında deyil. Cinayət Məcəlləsinin qəsdən ağır xəsarətin yetirilməsi maddəsi üzrə istintaq aparılır".

Məlumatda qeyd olunub ki, daxili işlər naziri Giorgi Mqebrişvili insidentdən sonra hadisə yerində olub, aparılan istintaqın detalları və yaralıların vəziyyəti ilə tanış olub.

Marneuli xəstəxanasından yaralıların vəziyyətinin stabil olduğu bildirilib. Onların Tbilisi xəstəxanasına aparılmasına ehtiyac yaranmadığı qeyd olunub. Dünən gecə saatlarında xəstəxanaya baş çəkmiş səhiyyə naziri David Sergeenko insident zamanı daha bir nəfərin yaralandığını bildirib. Hazırda ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirlərini davam etdirirlər.

09:48

Gürcüstanda naməlum şəxslər odlu silahdan atəş açaraq hakim "Gürcü Arzusu" Partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizəd Ceyhun Çovdarovu yaralayıblar, faktla bağlı cinayət işi başlayıb.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, "Gürcü Arzusu" partiyasının kənddəki qərargahı yaxınlığında silahlı hücuma məruz qalmış C.Çovdarov və onu müşayiət edən üç nəfər yerli xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunublar. Onlardan ikisinin yüngül yara aldığı bildirilir.

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə ilə bağlı Marneuliyə səfər edib. O, Qızılhacılı kəndində hadisə yerinə baş çəkib. Nazir hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edəcək.

Güllələnən şəxslərdən birinin vəziyyəti ağırdır. Həmin şəxsin reanimobillə Tbilisi xəstəxanalarından birinə çatdırılacağı gözlənilir.

Hazırda Marneuli xəstəxanasının qarşısında çoxlu insan toplaşıb.

Silahlı insident: Çovdarov yaralandı - FOTO (YENİLƏNİB)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3799   Tarix: 20 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 42
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 289
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 270
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 570
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 525
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 399
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 230
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 459
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 845