"Ərə gedəcəyim oğlan heç olmasa ayda 2-3 min qazanmalıdır" - VİDEO

"Ərə gedəcəyim oğlan heç olmasa ayda 2-3 min qazanmalıdır" - VİDEO"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Aysel Əlizadə maraqlı açıqlamalar verib.

O, ilk olaraq Türkiyədəki biznesi olması haqda yayılan xəbərlər haqda da söz açdı:

"Allah ağzınızdan eşitsin. Mən də soruşanda ki, Türkiyədə işiniz davam edir? Deyirəm, hansı işim davam edir? Mənim kliplərim çəkilərsə, aranjiman lazım olarsa Türkiyəyə gedərəm. Orda çox dostum var. İstəsəm, orda işbirliyi qura bilərəm. Amma istəmirəm. Öz vətənim mənim üçün yetərlidir. Həyatdır, hər şey ola bilər. Ancaq hazırda Türkiyə ilə heç bir biznes əlaqəm yoxdur. Yəqin ki nə vaxtsa elə bir iş quracam ki, bu haqda heç kim bilməyəcək".

Müğənninin fanatları onun saçına heyran qaldıqları üçün hər zaman maraqlanırlar ki, bu, Ayselin öz saçlarıdır, yoxsa?

"Ayselin öz saçlarıdır, maşallah. Bir saçlarım qalıb heç olmasa ona göz dəyməsin. Ümumiyyətlə, mən çox göz götürənəm. Bu xəbəri verəndə ekrana gözmuncuğu qoyun. Mən saçlarıma qulluq edirəm. Əvvəllər elə də çox baxmırdım. İndi məndə immunitet zəifliyi yaranıb. Ona görə də saçlarım tökülür. Deyirlər ki, pulu var gedib edir. Amma bunlar boş sözlərdir. Elə maskalar var ki, siz evdə oturaraq da onları edə bilərsiniz".

Aysel günlərlə ac qaldığını da etiraf edib:

"Bu gün çox yemişəm. Bundan sonra 2-3 gün yeməyə ara verəcəm. Ürəyim bu gün dəhşətli dərəcədə yemək istədi. Paxlava yemişəm, plov yemişəm, halva yemişəm. Hamısı da ki kaloridir. Artıq sabah, birisigün yemək yeməyəcəm. İdmanla məşğul olacam. Əvvəllər yarım saat qaçırdımsa, indi 1 saat qaçacam".

Sevgisiz insanın yaşamadığını söyləyən müğənninin hələlik əks cinsə qarşı sevgisi olmasa da, hər halda Aysel sevgidən yaman ağızdolusu danışdı:

"İnsan sevgisiz yaşaya bilməz. Bu şərt deyil ki, qarşı tərəfdə mütləq kimsə olmalıdır. İnsanın həyatda sevdiyi şəxs olmalıdır. Onun üçün özəl olmalıdır, onun üçün yaşamalıdır. Bu, önəmli hisslərdir. O yoxdursa, insanın həyatda zövq alacağı nəsə olmalıdır. İnsan yaxınını, doğmasını da sevə bilər. Onların sevgisiylə də yaşaya bilər".

Münasibət məsələsindən, nə vaxtsa ailə quracağı şəxsin maddi vəziyyətindən ümumi danışan Aysel Əlizadə şəxsi istəklərini də elə bu minvalla çatdırmış oldu:

"Mən Aysel Əlizadə olaraq çox şükür öz ayaqlarım üstə durmağı bacarıram. Bu gün mənim müəyyən qədər qazancım var. Heç Aysel Əlizadə olmasın, olsun hansısa xanım. Heç müğənni deyil. Açıq danışacam. İki-üç min qazanan insan bu məbləğdə qazanca, bu yaşayış tərzinə öyrəşib. Bu insanın ailə qurma şansı yaranır. Ailə quracağı insansa, ayda heç 300-400 manat qazanmır. Amma deyirlər ki, sən kasıb oğlana gedərsən? Mən məntiqlə başa salmaq istəyirəm ki, elə adama gedərəm ki, həyatımı eyni şəkildə yaşamağım üçün lazım olan hər şeyi təmin etsin. Ailə quracağım insan mənə indi necə yaşayıramsa, bax o həyatı mənə yaşada bilməlidi. Yoxsa, mən depressiyaya düşərəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2493   Tarix: 10 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355