Biri soyuqdan ölür, digərləri türmədə: Erməni ordusunda xaos HÖKM SÜRÜR

Biri soyuqdan ölür, digərləri türmədə: Erməni ordusunda xaos HÖKM SÜRÜRHavaların soyuması da Ermənistan ordusunda özünəqəsd hallarının artmasına səbəb olub.
Ermənistan silahlı qüvvələrində hökm sürən acınacaqlı vəziyyət havaların soyuması ilə əsgərlər üçün daha da dözülməz həddə çatıb. İstilikdən məhrum olan, soyuq hava şəraitində xidmətin çətinliklərinə dözə bilməyən işğalçı ordunun əsgərləri özünəqəsd etməyə üstünlük verirlər.

BiG.AZ xəbər verir ki, bir neçə gün əvvəl yeddinci dağatıcı alayının hərbi qulluqçusu Aron Harutunyan xidməti vəzifəsini yerinə yetirməkdən imtina etdiyinə görə barəsində cinayət işi açılıb.

Beşinci dağatıcı alayında müqavilə əsasında xidmət edən Qurqen Qalustyan isə hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində axtarış elan edilib. Hərbi polisin təzyiqlərinə məruz qalan hərbçinin valideynləri övladlarının taleyindən xəbərsiz olduqlarını bildiriblər.

Altıncı dağatıcı alayın hərbi qulluqçusu isə postda və blindajdakı soyuq şəraitdən bezərək xidmətdən yayınmaq üçün özünə qəsd edib. Yarası ağır olmadığına görə alayın tibb məntəqəsində saxlanılır. Məsələni böyütməmək üçün susmağa razılaşan əsgər barəsində cinayət işi açılmayıb.

Hərbi hissələrdə mövcud olan özbaşınalıq, yerlibazlıq, "dedovşina" ilə bərabər artıq işğalçı ordunun şəxsi heyəti soyuqla da təkbaşına mübarizə aparmaq məcburiyyətində qalıb. Soyuqların düşməsi ilə onsuzda pis olan vəziyyət daha da ağırlaşıb.

Övladları ilə əlaqə yaratmağa nail olan ermənistanlı analar bildiriblər ki, soyuqların düşməsi və yağışların yağması ilə səngərlər su ilə dolub. Dağlıq ərazilərdə və hündürlüklərdə yerləşən postlar daha da bərbad vəziyyətdədir. Texnika nasaz vəziyyətdə olduğundan təminat gecikdirilir, gecə qaranlıqda növbə çəkənlərin gözlərinə daim düşmən, basqın görünür, qorxudan tez-tez həyəcan siqnalı verirlər. Valideynlər hiddətlə bildirirlər ki, əsgərlər əl altında olan vasitələrdən sadə üsulla soba qurmağa çalışsalar da yanacaq çatışmır.

Əsgərlərdən biri valideynlərinə yazıb ki, iş o həddə çatıb ki, Ağdərədə əsgər yoldaşları tərəfindən döyülərək hospitala yerləşdirilən Arsen Aloyanın tibb müəssisəsində isti yerdə yatmasına digər hərbçilər həsədlə baxırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 10 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179