Övladı həlak olan DSK sədri DANIŞDI: "Oğlum kartof vurmağa gedərkən..."

Övladı həlak olan DSK sədri DANIŞDI: "Oğlum kartof vurmağa gedərkən..."Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ukraynada yanğın zamanı ölən 1978-ci il təvəllüdlü İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur.

Məsələ ilə bağlı Yengibar Abışov Unikal.org-a açıqlama verib. O, Azərbaycan vətəndaşlarının faciəli ölümü ilə bağlı bir sıra məsələlərə saytımız vasitəsilə aydınlıq gətirib:

"Qaynatası 30 ilə yanxın idi ki, Ukraynada yaşayırdı. Övladım İntiqam Abışov xalası qızı ilə ailəli idi və o, 7-8 il idiki qaynatasının yanında yaşayırdı. 1 il bundan əvvəl rayona gəlib ev aldı. Sevindim ki, Ukraynaya qaçıb getməyəcək. 6 ay bundan əvvəl Ukraynaya getdi. İki övladı da var idi. Övladlarını və ailəsini də götürüb getdi. Mənə dedi ki, dərslər başlayana kimi gələcəm. Amma məni aldatdı gəlmədi".

Yengibar Abışov hadisənin necə baş verməsinin təfərrüatını da açıqlayıb:

"Övladım ailəsi ilə birlikdə Çernekovda yaşayırdı. O, ortaqları ilə kartof satışı ilə məşğul olurdu. Həmin gün Zaporojye şəhərinə kartof vurmaq üçün gedib və o gecəni bazarın hostelində qalıblar. Belə faciəli hadisə baş verib. Hadisə ilə bağlı mərhum övladımın əl çantası və telefonu hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Bildirdildi ki, hadisə ilə bağlı cinayət işi yekunlaşdıqdan sonra sözügedən əşyaları götürə bilərik".

DSK sədri bundan sonra da mərhum övladının faciəli ölümü ilə bağlı Ukraynada aparılan istintaq işi prossesinə qatılmayacağını da dilə gətirib:

"Nəyimə lazım? Övladımı itirdim! Bundan sonra nə olur-olsun, məni maraqlandırmır. Nəvələrim və gəlinim yanımdadır. Mənə başqa heç nə lazım deyil".

Xatırladaq ki, oktyabrın 2-də Ukraynanın Zaporojye şəhərində hostellərin birində baş vermiş yanğın zamanı 4 azərbaycanlı dünyasın dəyişib. Bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kəndindən olan, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yolçuyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yengibar oğludur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1236   Tarix: 10 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109