Antiterror əməliyyatı keçirildi: 2 silahlı yerindəcə GÜLLƏLƏNDİ

Antiterror əməliyyatı keçirildi: 2 silahlı yerindəcə GÜLLƏLƏNDİ

Dağıstanın Şamil rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.

BiG.AZ xarici KİV-ə istinadən bildirir ki, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, antiterror əməliyyatı rejimi yerli vaxtla saat 01:00-dan etibarən tətbiq edilib.

Son məlumata görə, əməliyyatı zamanı 2 silahlı öldürülüb. Məlumatlı mənbə silahlıların şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirib.

Xatırladaq ki, güc strukturları əməliyyat zamanı qanunsuz silahlı qruplaşmanın üzvlərini və onlarla əlbir olanları axtarır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 534 Tarix: 10.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər