9 oktyabr "Ümumdünya poçt günü"nün tarixi haradan qaynaqlanır? - ARAŞDIRMA

9 oktyabr "Ümumdünya poçt günü"nün tarixi haradan qaynaqlanır? - ARAŞDIRMA9 oktyabr ümumdünya Poçt günüdür.

1. Dünyanın ən qisa məktub mətni Viktor Hüqo ilə redaksiya arasında 1862-ci ildə baş verib. Belə ki ‘’ Səfillər’’ romanının nəşr üçün bəyənilib, bəyənilmədiyini öyrənmək üçün, tarixin ən qısa mətnini yazır -‘’?’’

Aldığı cavab da suala uyğun olaraq gəlir- ‘’!’’

2. Ailəsinə məktub göndərərkən əlavə pul ödəməmək üçün, Rusiyalı tələbə rəssam Vladislav Koval, zərflərin üzərinə yenilənən markaların rəsmini çəkirdi. Təsəvvür edin ki, məktublar zamanında ünvana çatdırılırdı və bu hiyləni heç kəs faş edə bilməmişdi. Hələ bu azıymış kimi, Çap Nazirliyi yeni markaların eskizi üçün müsabiqə elan edəndə, Koval tələbəlik illərində çəkdiyi rəsmləri onlara təqdim etdi və absolyut qalib elan olundu.

3. Bilirsiniz ki, Amerikada bir nəfər, gün ərzində yalnız 91 kq-lıq göndəriş edə bilər? Limitin yaranmasına səbəb isə, Yuta ştatından olan bir iş adamının hesablaması olub. Belə ki, yeni bankın tikintisində 676 km məsafəyə, 80.000 kərpic göndərməli olan iş adamı araşdırdı ki, poçt ən ucuz başa gələn xidmətdir. Beləliklə kərpicləri ayrılıqda qablaşdıraraq göndərdi. Bundan xəbər tutan Poçt işçiləri limit yaradılmasını təklif etdi. Bu ənənəni ləğv etmək isə unudulub bu günədək həmin limit tətbiq olunur.

4. XVII-XVIII əsrlərdə, İngiltərədə, kral ailəsinə ünvanlanan, içində məktub olan şüşələrin qapağını açan rəsmi peşə var idi. O vəzifə sahiblərinin izni olmadan, sahildə tapılan istənilən şüşəni açanı ölüm hökmü gözləyirdi.

5. Ginnesin rekordlar Kitabına düşən ən uzun məktub isə, ingiltərəli Alan Formanın həyat yoldaşına göndərdiyi 1.402.344 sözdən ibarət namə olub. Bunun üçün Forman 22 günü sərf edib.

6. ‘’Dubrovskini’’ oxuyanlar üçün bu yenilik deyil. Amma Almaniyada bu gün də rəsmi poçt ünvanı olan Palıd ağacı var. ( Brautigamseiche, Dodauer Forst, 23701 Eutin). Belə ki, XIX əsrdə, almaniyalı meşəbəyi qızına sevdiyi ilə görüşməyi qadağan etmişdi. Gənclər görüş vaxtını və bir-birinə olan hisslərini yazdıqları məktubları isə, həmin Palıd ağacının budaqları arasında gizlədirdi. Sevənlərin sirrini öyrənən ata, bir müddət onları izlədi və evlənmələrinə razılıq verdi. Gənclərin nikahı həmin palıdın kölgəsində kəsildi. O ənənə bu gün də davam edir. Həmin poçtalyon palıd artıq yüzlərlə gənc ailənin şahididir.

Bir az da, Azərbaycan poçtunun tarixi haqqında;

- Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb.
-1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.
-1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb.
-1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.

Poçt min il bundan əvvəl olduğu kimi yenə də insanlar arasında rəsmi və təhlükəsiz məlumat ötürmə vasitəsi, ən ucuz formada bağlama və digər əşyaların çatdırma xidmətidir. Odur ki, hər bir poçt xidmətinin əsas missiyası insanları bir-birinə daha da yaxınlaşdırmaq və doğmalaşdırmaq, təkrarolunmaz hisslər doğurmaq və onlara unudulmaz anlar bəxş etməkdir. Müasir elektron vasitələr üzərində qurulan ünsiyyət vasitələrinin heç biri qeyd edilən bu xüsusiyyətlərə malik olmadığı üçün ənənəvi poçt xidmətlərini əvəz edə bilməyəcək.

Mənbə: Sonxeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 09 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 733
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 742
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 426
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1197
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 718
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 558
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 228
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 157
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 612