Vikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTO

Vikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTOİsveçdə IX əsrə aid vikinq məzarlarından üzərində "Allah" və "Əli" yazılan geyim və parça tapılıb.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, yeni kəşflə bağlı Uppsala universitetinin Qədim dövr tarixi və arxeologiya bölümünün tədqiqatçılarından Annika Larsson danışıb. Alim bildirib ki, vikinqlər İslam dini və ölümdən sonra cənnətə əbədi yaşam inancından təsirlənmiş ola bilərlər.

Arxeoloji qazıntılar Birka şəhərində aparılıb. Larsson deyir: "Maraqlı və diqqət çəkən kəşfdir. Vikinqlər cənnətdə əbədi həyat inancından təsirləniblər".

Sözlərin ərəb hərfləri ilə düz və geometrik olaraq yazıldığını, kufi xəttindən istifadə edildiyi bildirilir: "Vikinqlər meyitləri paltar və zinət əşyaları ilə dəfn edirdilər. Qəbirlərdə üzərinə gümüş saplarla Allah və Əli ifadələri işlənmiş ipək geyimlər və parçalar tapdıq. Bu geyimlər əsasən meyitin baş tərəfinə qoyulub. Bu ifadələrə bəzi yastıqlarda da rast gəldik".

Vikinqlər ilə İslam dünyası arasında mədəniyyət paylaşımına diqqət çəkən Larsson deyib: "Rusiyanın Volqa çayı boyunca Skandinaviya ilə Orta Asiya arasında mədəni inteqrasiya gedib. Məzarlardan çıxan bu parçalar ya ticarət yolu ilə satın alınıb, ya da yağmalanma nəticəsində ələ keçirilib. Burada qəribə olan mədəniyyət mübadiləsinin gözə çarpmasıdır. Bəzi mənbələrə görə müsəlman ərəblər ticarət və başqa məqsədlər üçün Qərbə səyahət edirdilər".

Larsson bildirib ki, vikinqlərin ölümdən sonra həyat düşüncəsinə inandıqlarını sübut edən bir çox dəlil aşkar edilib: "Vikinq tanrısı Odinin Asyadan İsveçin Malardalen bölgəsinə köçən bir savaşçı olduğu barədə əfsanə var. Vikinqlər ölümdən sonra da həyatın davam etdiyinə və cənnətdə əbədi yaşamın olduğuna inanırdılar. Bu inanc birbaşa İslam dinindən təsirlənmişdi".

Məzarlarda tapılan paltar və parçalar artıq Enköpinq muzeyində nümayiş etdirilir. Sərgi 2018-ci ilin 3 fevral tarixinə qədər davam edəcək.Qeyd edək ki, iki il əvvəl Björkö adasında aparılan arxeoloji qazıntılar zamanı IX əsrə aid vikinq üzüyü tapılmışdı. Üzüyün üstündə isə ərəb əlifbası ilə Allah sözü yazılmışdı.

Vikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTOVikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTOVikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTOVikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTOVikinq məzarlarından "Allah" və "Əli" yazıları çıxdı - ŞOK FAKTLAR - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2661   Tarix: 07 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018