"Bu film tutmasa, gərək gedim şofer işləyim..." - Kənan M.M. filmə SƏRVƏT XƏRCLƏDİ - FOTO

"Bu film tutmasa, gərək gedim şofer işləyim..." - Kənan M.M. filmə SƏRVƏT XƏRCLƏDİ - FOTONizami Kino Mərkəzində rejissoru Kənan Mahmudov (M.M) olan "Gecə qonağı-2" filminin təqdimat gecəsi keçirilib.

Təqdimat mərasimində filmin rejissoru olan Kənan Mahmudov BiG.AZ-ın əməkdaşı ilə söhbətləşib. Rejissor filmlə bağlı təəssüratlarını əməkdaşımıza belə ifadə edib:

"Film 9 aya ərsəyə gəldi. Bir uşağın 9 aya ərsəyə gəldiyi kimi, biz də bir filmi ərsəyə gətirdik. Rəqəm böyük görsənir amma bu müddətə də belə film çıxar ortaya. Bir aya da film çəkə bilirəm, iki aya da. Amma 9 aya məhz belə film ərsəyə gəlməli idi.

Çünki normal filmin ərsəyə gəlməsi bir, iki, bəzən üç il zaman alır. Bu filmin ağırlığına və duyğularına baxır. Bir az uşaqla oyunlarda əziyyət çəkdik, Pərvin demək olar ki, filmdə 360 dərəcə dəyişdi. Fakt, hər şey göz qabağındadır. Film dublyaj filmdir, amma heç kim hiss eləmədi ki, film dublyajdır. Filmin musiqiləri Türkiyədə yazıldı, rənglənmə Türkiyədə oldu. Bunlar hamısı vaxt aparan şeylərdir. Mən şəxsən filmi bəyəndim, bir izləyici kimi bəyəndim.

Bilirsiniz filmin taleyi təqdimat gecəsindən bəlli olur. Ona görə ki, təqdimata ən çox filmdən başı çıxan adamlar gəlir və onlar filmə qiymət verirlər. Əgər bu film də baxılmasa, demək ki problem məndə deyil.

Təqdimatda əgər zalda telefon işığı gəlmirdisə demək ki, film uğurlu alınıb. Bəzən digər təqdimatlarda diqqət edirəm, film yayımlanan zaman hamı telefonla qurdalanır. Mənim xoşum gələn yerlərdə əgər tamaşaçılarımız əl çaldılarsa demək ki, film tutub.

Mən çox vaxt tamaşaçıların zövqündən narazı olmuşam, ona görə ki, öz zövqümdən razıyam. Çünki mən universitet bitirmişəm. Mən bunun təhsilini almışam. Təsadüfən səhnəyə gəlməmişəm mən. Arxivi araşdırsanız görərsiniz ki, 15 ildir mən klip çəkmişəm, klip çəkə-çəkə film çəkmək istəmişəm. Amma nə yaxşı ki, mən bu 15 ildə film çəkməmişəm. Çünki o illər ərzində mən məşq eləmişəm, öyrənmişəm.

Mənə sual verirlər ki, çəkdiyin film xoşuna gəldi? Mənim nə zaman ki, çəkdiyim film çox xoşuma gəlsə mən daha film çəkməyəcəm. Sənəti zirvədə buraxmaq lazımdır. Amma heç kim bilmir biz hansı şərtlər altında işləyirik, hansı şərtlər altında film çəkirik, pulu hardan tapıb film çəkirik.

Bir şey də ola bilər, burda üzümə "əladır" deyib, sonradan "belədir də" deyənlər də olacaq, amma sizi əmin edim ki, elə deyənlər hər kəsdən daha çox bəyənib bu filmi".

Sonra jurnalistin sualı ilə az öncə dediklərini təkzib edir, sənətdə zirvə olmur. Bu iş mənim üçün zirvə deyil, hələ bu harasıdır ki? Bu film sənətin göbəyidir deyir:

"Sənətdə zirvə olmur, "Gecə Qonağı2" filmi mənim üçün zirvə deyil. Hələ bu harasıdır ki, Bu sənətin hələ ki, göbəyidir.

O ki, qaldı maddiyyat məsələsinə, dostlar sağ olsun. Maddiyyatı dostların sayəsində tapıram. Bəzi insanlar pulu ssenariyə görə verir, amma bəlkə də yeganə insanam ki, dostlarım mənə pulu dostluğumuza görə verirlər. Heç maraqlanmırlar da, mən nə çəkəcəm, nə edəcəm. Bu filmi mən 50 min manata ərsəyə gətirdim. Siz gedin, araşdırın, görün hansı ölkədə filmi 50 minə çəkirlər? Bizim komandada türklər də vardı. Aeroportda mən onları yola salanda əlimi sıxdı, dedi ki, sən sehrbazsan. Niyəsini soruşdum, deyir ki, biz Türkiyədə bu qiymətə klip də çəkmirik, amma sən belə duyğu dolu bir film ərsəyə gətirdin.

Əgər bu filmə baxılmasa gərək mən gedəm taksi sürücüsü işləyim. Tam səmimi deyirəm. Bu o deməkdir ki, mən bu işi bacarmıram. Baxılmasa gərək gedəm başqa bir işlə məşğul olam. Belə çıxacaq ki, deməli camaat məni sındırmamaq üçün yalandan əl çalırmışlar.

Oğlumu da filmə çəkdim. Sağ olsun incitmədi məni. Bir-iki yerdə dedi ki, yuxum gəlir. Mən də dedim sənə çipsi alacam, çəkdik filmi".

Filmdə rol alan Kənan Mahmudovun oğlu Hüseyn Mahmudov da filmlə bağlı təəssüratlarını BiG.AZ-a danışdı. O da atasının yolunu davam etmək istədiyini, yenə də filmə çəkilmək istəyinin olduğunu bildirdi:

"Film çox xoşuma gəldi. Yeni filmlərə də çəkilmək istərdim. Böyüyəndə də atamın davamçısı, rejissor olmaq istərdim. Atam da sağ olsun ki, mənə borcunu qaytardı. Filmin çəkilişindən mənə 500 manat borcu qalmışdı. İzləyicilərə də təşəkkürümüzü bildiririk".

Rövşən Əsədov

"Bu film tutmasa, gərək gedim şofer işləyim..." - Kənan M.M. filmə SƏRVƏT XƏRCLƏDİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6047   Tarix: 03 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 564
.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 843
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 774
.

"Evdar xanımlar estetik etdirməsin"

"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsa

29.04.2024 1275
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 523
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 4317
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1047
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 2160
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1459