Deputatdan Aşura mərasimlərinin keçirilməsinə ETİRAZ: Xristianların zəncir vurmağın GÖRMÜSÜNÜZ?

Deputatdan Aşura mərasimlərinin keçirilməsinə ETİRAZ: Xristianların zəncir vurmağın GÖRMÜSÜNÜZ?"Mən başa düşürəm ki, ölkəmizdə İmam Hüseyn müsibəti ürək ağrısı ilə yad edilir. Amma İmam Hüseynin müsibəti, İsa Məsihin çarmıxı kimi səhnələr din və qeyri-din adamlarını düşündürməlidir. Biz ötən gün bununla bağlı narahatlıq doğuran səhnələrin şahidi olduq".

BiG.AZ APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc bildirib. Z. Oruc islam və xristian dinlərindəki mərasimləri müqayisə edib: "Xristianların dini mərasimlərində zəncir vurulduğunu, qan tökdüyünü, azyaşlıların belə səhnələri izləməyə aparıldığını görmüsünüz? Biz hansı dövrdəyik və hansı mərasimləri keçiririk? Məktəbi və kitabxananı Aşura mərasiminə qarşı qoymuram. Onlar deyirlər ki, məsciddə də kitabları yerləşdirmək olar. Məsciddən dövlət idarə olunmaz. Bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanı gördük. Valideynləri onları cənnət ümidi ilə xarabalığa aparıblar. Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək. Mərasimlərin bu formada keçirilməsinə etiraz edirəm. Bunu inzibati qayda ilə tənzimləmək çətindir. Təhsil və təbliğatla bunun qarşısını almaq olar, biz bu barədə ciddi düşünməliyik".

Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov vəziyyətin diqqət cəlb etdiyini deyib. O qanunvericiliyi xatırladaraq bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır: "Bizdə dövlət məsciddən idarə olunmur, oluna da bilməz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1742   Tarix: 02 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 266
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 367
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 199
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 187
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 245
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 269
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 206
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 134
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 108