İmam Hüseyni qətlə yetirənlərin cəzası

İmam Hüseyni qətlə yetirənlərin cəzasıMənbə: http://zikr.az

İbn Kəsir demişdir: "Hüseyni qətlə yetirənlərin başına gələn müsibətlərə dair nəql edilmiş rəvayətlərin əksəriyyəti səhihdir. Demək olar ki, onların hamısı dünyada ikən cürbəcür bəlalara düçar olmuş, kimisi xəstəlik tapmış, kimisi də dəli olmuşdur".
Ayni demişdir: "Uca Allah fasiq, zalım Ubeydullah ibn Ziyadın cəzasını vermişdir. Allah onu hicrətin altmış yeddinci ilində Mövsuldan beş fərsəx uzaqda yerləşən əl-Cazir deyilən bir yerdə İbrahim ibn Əştər ən-Nəxəinin əli ilə məhv etmişdir. Onu da ibn Ziyadın üstünə Muxtar ibn Əbu Ubeydə əs-Səqəfi göndərmişdir. İbn Ziyad öldürüldükdən sonra həm onun, həm də tərəfdarlarının başları Muxtarın hüzuruna gətirildi. Bu vaxt bir ilan gəlib ibn Ziyadın ağzından girib burnundan çıxdı, sonra burnundan girib ağzından çıxdı. Sonra Muxtar onların başlarını Məkkəyə Muhəmməd ibn əl-Hənəfiyyəyə, bəzi rəvayətlərə görə Abdullah ibn Zubeyrə göndərdi, cəsədlərini isə yandırdı..."
İbn Abdul-Bər demişdir: "Hüseyn hicrətin 61-ci ilində aşura günü qətlə yetirilmişdir. (Onun qətlinə bais olmuş zalım) Ubeydullah ibn Ziyad hicrətin 67-ci ilində aşura günü öldürülmüşdür. Onu İbrahim ibn Əştər öldürmüş, sonra da başını kəsib Muxtara göndərmişdir. Muxtar da onu Abdullah ibn Zubeyrə, o da Əli ibn Hüseynə (Zeynalabidinə) göndərmişdir."
Muxtar Əşəs ibn Rəbinin, Amr ibn Həccacın, Muhəmməd ibn Əşəsin və Ömər ibn Sədin kufə ziyalıları ilə birlikdə Bəsrəyə yollandığını biləndə onların ardınca adam göndərdi, onlar da Ömər ibn Sədi tutub Muxtarın yanına gətirdilər. Muxtar dedi: "Səni tutmağa bizi müvəffəq edən Allaha həmd olsun! Vallahi ki, mən səni qanına qəltan etməklə Muhəmməd Peyğəmbərin əhli-beytinin qəlbini şad edəcəyəm." Sonra: "Ey Keysan, bunun boynunu ver!"- dedi, Keysan da onun boynunu vurdu.
Muxtar onun başını götürüb Mədinəyə - Muhəmməd ibn əl-Hənəfiyyəyə göndərdi. Bundan sonra Muxtar Şimr ibn zil-Cövşənin dostları ilə birlikdə Bəsrənin yaxınlığında qaldığını öyrəndi və öz adamlarını onların üstünə göndərdi. Beləliklə də, Muxtar onların hamısının axırına çıxdı.


BiG.Az
Telegramda izləyin
İslam   Baxılıb: 4535   Tarix: 29 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

TOP MP3