"Vüqar Qaradağlı və Turan İbrahimov CƏZALANDIRILSIN"

"Vüqar Qaradağlı və Turan İbrahimov CƏZALANDIRILSIN""Turan İbrahimov efirdə etdiyi çıxışlarında hakimiyyətə dərs vermək istəyirdi. O, təkcə hakimiyyətə deyil, bütün sahələrdə insanlara dərs vermək istəyirdi, özünü hamıdan ağıllı göstərirdi. Bilirsiniz, kiməsə məsləhət vermək olar, istənilən sahədən danışmaq olar, ancaq "mən deyən doğrudur" demək olmaz".

Bu fikirləri ölkə.az-a açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov ATV rəhbəri Vüqar Qaradağlının tutduğu vəzifədən azad olunması məsələsinə münasibət bildirərkən deyib.

E.Məmmədov Turan İbrahimovun aparıcılıq etdiyi verilişləri izlədiyini bildirib:

"Həmin verilişlərə mən də baxmışam. O bir neçə vaxt idi ki, efirlərdə yox idi. Ancaq son bir həftə ərzində Turan İbrahimov yenə peyda olmuşdu. Mən onun verilişdə çıxışlarına baxırdım. Kimliyindən, sənətindən, peşəsindən asılı olmayaraq, kim Azərbaycan hakimiyyətinə qarşı çağırışlar edirsə, təbii ki, həmin adamlar cəzalandırılmalıdır. Bu qanunla da qadağandır. Bu adi məsələ deyil. Əgər Turan İbrahimov da hakimiyyətə qarşı çıxışlar və çağırışlar edibsə, təbii ki, onu teleməkandan kənarlaşdıracaqlar. Həm ATV rəhbərliyi, həm də Turan İbrahimov bu hərəkətinə görə cəza almalıdır. Çünki televiziyaya təkcə biz baxmırıq. Ona istəyən də, istəməyən də baxır. Əgər Turan İbrahimov hakimiyyət əleyhinə çağırışlar edibsə, o zaman bu cür hərəkətlər kütləvi itaətsizliyə və çağırışlara gətirib çıxara bilər".

E.Məmmədov Turan İbrahimovu yenidən efirə qaytaranları da qınayıb:

"Neçə ay idi ki, bu adamı efirdən kənarlaşdırmışdılar. Belə olan halda axı nə üçün onu yenidən efirə qaytardılar? Demək ki, burada əsas günahkarlardan biri ATV rəhbəridir. Eyni zamanda Milli Televiziya və Radio Şurasının (MTRŞ) da günahı var. Çünki onlar görürdü ki, Turan İbrahimov öz teleaparıcılığı və yersiz çıxışları ilə problem yaradır. Bəs nə üçün onu yenidən efirə buraxırdınız? Ümumiyyətlə, bu cür problem yaradan, davranışını və çıxışını bilməyən teleaparıcı təkcə Turan İbrahimov deyil. Bu gün Azərbaycan teleməkanında Turan kimi xeyli sayda teleaparıcı var. Onlar özlərini istədikləri kimi aparırlar, insanları təhqir edirlər və sairə. Bu cür teleaparıcılara qarşı da addımlar atılmalıdır".

Xatırladaq ki, ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun verilişi yenidən dayandırılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hazırda MTRŞ sədri Nuşirəvan Məhərrəmli ATV telekanalındadır. TV-də xüsusi iclas keçirilir. Kanal rəhbərliyinin verilən tövsiyələri nəzərə almaması, Turan İbrahimovun və digər simaların efirdən uzaqlaşdırılmasının tələb olunmasına baxmayaraq, onlara yenidən meydan verilməsi və özlərinin bəyan etdiyi kimi, "qaldıqları yerdən davam etmələri" məsələni daha da kəskinləşdirib.

Məlum olub ki, T. İbrahimovun MTRŞ-yə, konkret olaraq hökumətin TV siyasətinə qarşı meydan oxuması bütövlükdə ATV rəhbərliyinin başını bəlaya salıb. Bu şou-biznes uşağının başından böyük mövzulara müraciət edərək iqtidara az qala dərs keçməsi bağışlanmaz həddə çatıb. Hətta belə mənzərə yaranıb ki, Azərbaycanda televiziya efirində kimlərinsə maraqları bilərəkdən tənqid olunur. Halbuki, ölkədə hansısa TV-nin efirində kiminsə hər hansı bir qrupun maraqlarını müdafiə etməsi və ya əksinə tənqid etməsi qəti yol verilməzdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6151   Tarix: 26 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254