Kürdüstanı təbliğ edən azərbaycanlı icra məmuru danışdı: "...qudurmuşam" - AÇIQLAMA

Kürdüstanı təbliğ edən azərbaycanlı icra məmuru danışdı: "...qudurmuşam" - AÇIQLAMAİraqın şimalındakı kürd muxtar bölgəsində keçirilən müstəqillik referendumuna Azərbaycandan fərdi şəkildə dəstək verənlər də var.

BiG.AZ xəbər verir ki, bu şəxslərdən biri də Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevdir.

Məsələ burasındadır ki, qurum rəsmisi İraq Kürdüstanında keçirilən müstəqillik referendumu keçirilən ərəfədə sözügedən prosesi dəstəkləyən statuslar paylaşıb, rəsmən kürdlərin lideri Məsud Bərzaninin tərəfini saxlayıb.

Məsələ ilə bağlı açıqlama verən sözügedən şəxs fikrini belə əsaslandırıb:

"Xəbərim yoxdur, qardaş… Mən nə bilim ki, kim nə yazıb, nə paylaşıb? Sizə bir söz deyim, üzr istəyirəm, məndə bir az problem var – şəkər, təzyiq, damarlarda tromblaşma… Ona görə fikrim qarışır… Bilirsiz necədir, rəsmi açıqlama…Uşaqlar mənə deyir… Amma onlar hamısı boş-boş şeylərdir. Füzuli nə qədər qudurdu ki, durdu dövlətin əleyhinə, dövlətin maraqlarına uyğun olmayan hərəkətlər edə…

Sizə bir söz deyim…bir qardaş kimi… Sağ olun, zəng etmisiz, minnətdaram diqqətinizə görə… Açıqlama olsa, özüm yazaram, bir-bir zəng edərəm ki, hə, açıqlama lazımdır, verilməlidir, bu, belə tələb olunur, bunu belə edərəm.

Ancaq hal-hazırda elə bir şey yoxdur, açıqlama vermək məcburiyyətində olacaq bir məsələ yoxdur. Açıqlama məsələsi olsa, ilk zəng edəcəyim insanlardan biri siz olacaqsız. Çünki siz mənə zəng etmisiz".

Tanrıverdiyev məlum paylaşımlarından sonra ona hər hansı rəsmi xəbərdarlıq edilib-edilməməsi haqda suala konkret cavab verməyib:

"Qardaş, dövlətin həll olunası dağ boyda problemləri var… Hamının dərdi Füzulidir? Füzuli kimə lazımdır? Sizə bir şey deyim, belə də yazın: bu, məqsədli şəkildə sifariş olunmuş, sifarişlə mənim haqqımda yazılan yazılardır. Oturub çox yox, iki saat mətbuatı araşdıraram, daha faciəli…

Erməni gülləsinə qurban gedənlərə can yazmışdım, onu niyə yazmırdılar? Siz hələ kürdləri deyirsiz… Erməni bizim düşmənimizdir, erməni ilə əlaqəsi olan insanlar var. Erməni ilə dayananlar, deyib-gülənlər var…

Bir şey deyim, məni Allah yaradıb, ərizə ilə, yaxud xahişlə dünyaya gəlməmişəm. Əstəğfürullah, mən Allah üsyan edəsi deyiləm ki, məni niyə kürd yaradıb… Bərzani kürd, Füzuli kürd…

Mən Azərbaycan vətəndaşı kürdəm və dövlətimi, xalqımı, millətimi sevən bir insanam, dövlətim üçün də əlimdən nə gəlirsə, onu edərəm. Həmçinin Azərbaycanın ehtiyatda olan zabitiyəm. Atəşkəs dövründə də döyüşlərdə iştirak etmək üçün dəfələrlə müraciət etmişəm. Onda harada idi bu mətbuat ki, belə bir oğlan var, özü də hüquq şöbəsinin müdiri işləyir, döyüşmək üçün özünü öldürür..? Ən azə patron daşıyaram, bir şeyə yarayaram".

Tanrıverdiyev telefon danışığının davamında səsinin yazılmasına (özümü əvvəldən təqdim etməyimə baxmayaraq – m.) və söhbətin dərc olunmasına etirazını bildirdi. O, bu açıqlamanın dərc olunacağı təqdirdə, məhkəməyə müraciət edəcəyini söylədi.
Mənbə: YeniÇaĞ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1383   Tarix: 26 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 298
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 111
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 324
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 270
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 455
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 690
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 125
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 368
.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

16:30 0