Azərbaycanlı milyarder Mənsimovun HƏZİN SONU? - ARAŞDIRMA

Azərbaycanlı milyarder Mənsimovun HƏZİN SONU? - ARAŞDIRMAAzərbaycanlı milyarder, "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun biznesi ciddi böhran yaşayır.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, milyarder vaxtilə ona sürətlə varlanmağa imkan yaradan "yağlı tikədən"-Rusiya neftinin daşınmasından məhrum edilib. Və ehtimal edilir ki, bu, şəxsən prezident Vladimir Putinin göstərişi ilə baş verib.

Xatırladaq ki, bu günlərdə Mənsimovun Türkiyədə fəaliyyətdə olan "Palmali Denizçilik" şirkətinin Rusiyanın "Lukoil" şirkətinin neft treydinqi ilə məşğul olan törəmə şirkəti "Litasco"nun əleyhinə London məhkəməsində təzminat iddiası qaldırdığı məlum olub. İddiaya əsasən Mənsimov Vahid Ələkbərovun şirkətindən 2 milyard dollar təzminat tələb edir. Səbəb isə budur ki, bir neçə il əvvəl "Palmali" şirkəti "Litasco" ilə neftin daşınmasına dair uzunmüddətli müqavilə bağlayıb.

Azərbaycanlı milyarder Mənsimovun HƏZİN SONU? - ARAŞDIRMAMüqavilənin ona sanballı gəlir gətirəcəyindən əmin olan Mənsimov özünün tanker donanmasını genişləndirib, 360 milyon dollara bir neçə "Armada" tipli tanker inşa etdirib. Lakin indi "Lukoil" neft daşımaları ilə məşğul olmaq üçün öz şirkətini qurur, "Litasco"nu isə satışa çıxarıb. Bununla da "Palmali" şirkət "Lukoil"un hasil etdiyi nefti daşımaqdan məhrum olub. Nəticədə Mənsimov "Litasco"nu "Palmali" ilə bağlanmış müqavilənin şərtlərini pozmaqda günahlandıraraq məhkəməyə müraciət edib.

Bəs Vahid Ələkbərov Mənsimovla niyə işləmək istəmir və "Palmali"nin Rusiya neftinin daşınması biznesindən kənarlaşdırılması nədən qaynaqlanır? Axı Mənsimov bir vaxtlar Rusiya hakimiyyətinə yaxın oliqarx hesab edilirdi, hətta onun "Putinin adamı" imici də formalaşmışdı.

Azərbaycanlı milyarder Mənsimovun HƏZİN SONU? - ARAŞDIRMABelə görünür ki, Mənsimovun Rusiya neftinin daşınmasından kənarlaşdırılması Putinin ona qarşı yaranmış qəzəbi ilə bağlıdır. Ötən il Türkiyənin nüfuzlu "Sözçü" qəzeti yazmışdı ki, Mənsimovun Rusiya prezidenti Vladimir Putinlə münasibətləri pozulub, bu üzdən onun biznesi çökməyə başlayıb.

Qəzet "Palmali" şirkətlər qrupuna yaxın çevrələrə istinadən iddia edirdi ki, Rusiya və Azərbaycan neftinin daşınması ilə məşğul olan Mənsimovun maliyyə durumu hazırda ciddi şəkildə pisləşib. Oliqarx hətta "Palmali Havaçılık" şirkətinin qeydiyyatında olan biznes-jetlərini satışa çıxarıb və iki təyyarəni artıq satıb.

Qəzetin yazdığına görə üzləşdiyi maliyyə sıxıntıları nəticəsində Mənsimov Bodrumun Gökçebel kəndi yaxınlığındakı "Cennet köyü" adlanan ərazini almaqdan da imtina edib. Mənsimovun şirkəti bir neçə ay əvvəl hərracda qalib gələrək bu ərazini 370 milyon TL-yə almışdı. Lakin oliqarx üzləşdiyi maliyyə sıxıntıları nəticəsində həmin ərazinin pulunu ödəyə bilməyib və təminat kimi yatırdığı pul da batıb. Türkiyən Rəsmi Gazetesində yerləşdirilmiş məlumatda təsdiq edili ki, Mənsimov ərazinin alınması üçün pulu ödəyə bilməyib və nəticədə ərazi hərracda ikinci ən yuxarı qiyməti verən şirkətə satılacaq.

Azərbaycanlı milyarder Mənsimovun HƏZİN SONU? - ARAŞDIRMAPutinin Mənsimovu digər azərbaycanlı oliqarx Telman İsmayılov kimi qara siyahıya salmasının motivləri isə çox güman ki, onun vaxtilə İŞİD-in İraq və Suriyada ələ keçirdiyi ərazilərdə hasil etdiyi neftin dünya bazarlarına çıxarılması sxemində yer alması ilə bağlıdır. Belə ki, İŞİD İraq və Suriyada o cümlədən neftlə zəngin böyük ərazilərə nəzarət edəndə hər gün yüzlərlə təkərli tanker dolu neft Türkiyə ilə sərhədə doğru daşınırdı, oradan isə dəllalar İŞİD-in hasil etdiyi nefti dünya bazar qiymətlərindən təxminən iki dəfə ucuz alaraq leqallaşdırırdılar. İŞİD nefti Ceyhan limanında "Palmali" şirkətinin tankerlərinə doldurularaq leqal neft adı altında müştərilərə çatdırılırdı.

Türkiyə ilə Rusiya arasında münasibətlər gərgin olanda Rusiya Müdafiə Nazirliyi İŞİD neftinin bu sxemlə necə daşındığına dair kəşfiyyat çəkilişlərini yaymışdı. Habelə "Palmali" şirkətinin İŞİD neftinin daşınmasında iştirakı haqda daha əvvəl Qərb və Rusiya mənbələrində də məlumatlar yer alıb. Məsələn, 2015-ci ilin oktyabrında "Novaya qazeta" yazmışdı ki, İŞİD nefti Ceyhan limanından azərbaycanlı oliqarx Mübariz Mənsimovun "Palmali Shipping & Agency JSC" şirkətinə məxsus tankerlərlə daşınır. Qəzet yazırdı ki, dünyanın aparıcı xüsusi xidmət orqanları da bu haqda xəbərdardır.

Azərbaycanlı milyarder Mənsimovun HƏZİN SONU? - ARAŞDIRMAHabelə Mənsimovun şirkəti mərkəzi Bağdad hökumətinin icazəsi olmadan Şimali İraqda kürdlərin nəzarətində olan ərazilərdə hasil edilən neftin dünya bazarlarına çıxarılmasını da həyata keçirir. 2014-cü ildə İraq mərkəzi hökuməti kürd neftini Bağdadın icazəsi olmadan daşıdığına görə "Palmali" şirkətinə sanksiya tətbiq edib.

Belə ki, həmin il İraqın milli neft şirkətləri "Somon" və "North Oil Company" (NOC) Türkiyənin BOTAŞ şirkətinə rəsmi müraciət göndərərək "MT United Emblem", "Palmali Shipping&Agency JSC" və "Petromar Survey&Consultancy Ltd" şirkətlərinin indi və gələcəkdə İraq liman və təsislərindən neft yükləyə bilməyəcəyini bildirmişdi. Səbəb kimi həmin şirkətlərin mərkəzi hökumətin icazəsi olmadan kürd neftini daşıması göstərilirdi.

Azərbaycanlı milyarder Mənsimovun HƏZİN SONU? - ARAŞDIRMAHazırda Mənsimovun böyük miqdarda kredit borcları yaranıb və o, turizm sektorundakı aktivlərini sataraq fəaliyyətini ancaq neft daşımaları ilə məhdudlaşdırmağa hazırlaşırdı. Lakin onun planlarını bu dəfə "Lukoil" pozub. Bəzi məlumatlara görə Mənsimovun SOCAR neftinin daşınmasından da kənarlaşdırılması gözlənilir.

Lakin bütün bunlar milyarderin üzləşdiyi problemlərin hamısı deyil. Mənsimovun Türkiyə hakimiyyəti ilə münasibətləri də şübhə altındadır. Çünki onun Fətullah Gülənə yaxınlığı haqda dəfələrlə şaiyələr yayılıb. Bu ilin mayında isə bir vaxtlar Fətullah Gülənin ən yaxın adamlarından olan və onun "kassiri" hesab edilən türkiyəli iş adamı İhsan Kalkavan azərbaycanlı milyarder, oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovla yaxın dostluq münasibətlərindən danışıb. Özü də bir vaxtlar gəmiçilik biznesi ilə məşğul olan İhsan Kalkavan "FETÖ-nun bankı" hesab edilən "Bank Asya"nın idarə heyətinin rəhbəri (2004-cü ilə qədər) olub və bankda səhmdarlardan biridir. Habelə o, "Beşiktaş" futbol klubunun başqanı olub, hazırda ABŞ-ın Mayami şəhərindədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3412   Tarix: 25 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 194
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 186
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 383
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 141
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 226
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 257
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186