Azərbaycanlı məmur Letfi Zadəni buna görə TƏHQİR EDİBMİŞ... - VİDEO
Məşhur alim Lütfi Zadə haqqında Akif Əlinin təhqiramiz ifadələr işlətməsi yaddaşlardan tezliklə silinəsi deyil. Uzun müddət mətbuatla təmasları olan, ölkənin mədəni həyatında tanınmış bir şəxsin nədən birdən – birə ehtiyatsız olaraq dahi alim haqqında xoşagəlməz, təhqiramiz ifadələr işlətməsinin səbəbləri düşündürücü idi.
BiG.AZ xəbər verir ki, moderator.az bu münasibətin tarixi haqqında ilginc məlumatlar əldə edib. Məlum olub ki, Akif Əlinin Lütfi Zadəyə olan antipatiyasının 20 ilə yaxın tarixi varmış.
1998- ci ildə AzTV-nin təşəbbüsü ilə Lütfi Zadə haqqında film çəkmək qərara alınır. Filmə dövlət və özəl təşkilatlar sponsorluq edirlər. Çəkiliş qrupu Amerikaya səfər edir və alimin iş yerində, evində müxtəlif çəkilişlər aparır. Nəhayət, 30 dəqiqəlik "Uzaq və yaxın Lütfi Zadə" adlı telefilm ərsəyə gətirilir və ekranlara çıxır. Film nümayiş etdiriləndən sonra mətbuatda müxtəlif fikirlər, əsasən isə müsbət rəylər yazılır, amma…
Amma, Akif Əli film haqqında əsasən tənqidi ruhlu çıxış edir, filmin ssenari və rejissor işinin uğursuz olduğunu qeyd etməklə, Lütfi Zadənin Azərbaycan haqqında heç bir söz deməməsini, həyat yoldaşının isə tamaşaçılara sayğısız davrandığını xüsusi vurğulayır. Fikrini onunla əsaslandırır ki, alimin evində çəkiliş zamanı onun həyat yoldaşı kresloda oturanda ayaqqabılarını da çıxarmadan ayaqlarını stolun üzərinə qoyub danışmağı bizə – azərbaycanlılara olan saymamazlıqdan qaynaqlanır. Qadının bu hərəkətini xüsusi saymamazlıq hesab edən Akif Əli çəkilişi aparanları da qınayır ki, heç olmasa bu kadrı montaj edəydilər.
Akif Əlinin tənqidi çıxışı filmin yaradıcılarında qəzəb doğurur və özünə cavab verməsələr də Lütfi Zadə ilə film haqqında reaksiyalar barədə telefon söhbəti zamanı ssenari müəllifi Möhbəddin Səməd alimə filmin yaxşı qarşılandığını, amma bir nəfərin onun xanımının oturuşu, ayaqlarının stolun üzərinə qoymasına irad bildirməsi haqqında tənqidi məqalə yazdığını da deyir.
Lütfi Zadə bu xəbərdən çox pis əsəbləşir və imkanları vasitəsilə Akif Əlinin məqaləsi haqqında narazılığını mərhum dövlət başçısı Heydər Əliyevə qədər çatdıra bilir və xanımının saymamazlıqdan deyil, ayaqlarının xəstə olduğundan oturan zaman məcburən kiçik masanın üzərinə qoyduğunu bildirir. Yuxarıdan ciddi göstərişlər olur və detallarına varmadan deyə bilərik ki, Akif Əli o zaman da xeyli baş ağrısı çəkir, hətta işdən azad olunur və bir müddət də televiziya ekranlarına buraxılmır.
Akif Əli Azərbaycanda olmadığı üçün onun bu hadisə ilə bağlı fikirlərini öyrənə bilmədik. Aydındır ki, bütün bunlar Akif Əliyə Lütfi Zadə haqqında təhqiramiz ifadələr işlətməyə haqq qazandırmır.
Həmin filmi təqdim edirik. Filmin qalmaqallı səhnəsi 8-ci dəqiqədə bir neçə saniyə davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1258 Tarix: 25 sentyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585