Deputat: "Erməni deputatların başına "araq butulkası" çırpılsaydı, ürəyimdən tikan çıxardı"

Deputat: "Erməni deputatların başına "araq butulkası" çırpılsaydı, ürəyimdən tikan çıxardı"Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov erməni deputatların Azərbaycanda içki içərkən foto çəkdirməsinə və məqsədli şəkildə onu yaymasına münasibət bildirib.

R.Cəbrayılov ölkə.z-a açıqlamasında bunun növbəti erməni təxribatı olduğunu söyləyib:

"Mən bunu erməni deputatların "Don Kixot"luğu adlandırardım. Bu, Azərbaycan cəmiyyətini qıcıqlandırmaq və həmin deputatların Ermənistanda öz seçicilərindən ucuz dvident qazanması məqsədini güdür. Fotodan aydın görünür ki, onu azərbaycanlıları qıcıqlandırmaq üçün çəkiblər. Məncə məqsəd odur ki, azərbaycanlılar sözügedən fotodan qıcıqlanıb, erməni deputatlara nə isə etsin. Ermənilər də dərhal bunu dünyaya yayaraq, özlərini "məzlum" kimi göstərsinlər".

Deputat deyib ki, həmin foto restoranda deyil, otel otağında çəkilib:

"Düşünürəm ki, foto qəsdən yaxın planda çəkilib ki, insanlar həmin fotonun Azərbaycanda hansısa restoranda çəkildiyini güman etsin. Ancaq həqiqətdə isə foto restoranda deyil, qaldıqları otelin otağında çəkilib. Əgər erməni deputatlar restoranda yeyib-içib keflənib, nəlayiq, artıq-əksik hərəkət etsəydilər, hər hansı azərbaycanlının həmin "araq butulkası"nı onların başına çırpması ürəyimdən tikan çıxarardı. Amma soyuq ağılla düşünəndə, bu çıxış yolu deyil".

R.Cəbrayılov qeyd edib ki, əgər erməni deputatlar Bakıda restoranda yeyib-içib, keflənib hər hansı artıq-əksik hərəkətlər etsəydilər, bununla bağlı qanun çərçivəsində tədbirlər görülməsini istərdim:

"Yadıma gəlir, 1999-cu ildə ermənilər Bakıya gəlib sayıqlamışdılar. O zaman bir azərbaycanlı hava limanında həmin erməninin qulağından sillə vurmuşdu. Bir azərbaycanlı kimi bu mənim də ürəyimdən tikan çıxarmışdı. Çünki ermənini vuran hər bir azərbaycanlının gözünün qabağına Xocalı soyqırımı, ermənilər tərəfindən qətlə yetirilmiş, təhqir edilmiş, vəhşicəsinə öldürülmüş azərbaycanlı uşaqlar, yaşlı insanlar gəlir. Yəni, mən bu insanları yaxşı başa düşürəm. Ancaq bu gün dünya elə vəziyyətdədir ki, bir qədər səbrli olmaq lazımdır. Çünki neçə illərdir ki, biz erməni işğalı altında olan öz tarixi torpaqlarımızın bizə məxsus olduğunu hələ də tam dünyaya sübut edə bilmirik. Ona görə də bir qədər səbrli olmaq lazımdır. Bəli, sıravi vətəndaş olaraq düşünürəm ki, əgər restoranda həmin ermənilərin başına kim "araq butulkası"nı çırpsaydı, o mənim ürəyimdən tikan çıxarmış olardı. Ancaq soyuq başla bildirirəm ki, belə məsələlərdə bir qədər səbrli olmaq lazımdır. Təbii ki, bu səbr heç də ermənilərin Azərbaycanda qanunsuz hərəkətlərinə göz yummaq demək deyil. Azərbaycanın qanunları var və ermənilər də bu qanunların tələblərinə əməl etməlidir. Heç kəs qanunu tapdalaya bilməz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1932   Tarix: 22 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788