Dünya çempionunu öldürən Anarı ÖMÜRLÜK HƏBS GÖZLƏYİR

Dünya çempionunu öldürən Anarı ÖMÜRLÜK HƏBS GÖZLƏYİR

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovun Xabarovskda qətlə yetirilməsi barədə cinayət işinin fiqurantı Anar Alahverənov istintaq təcridxanasında iki ay keçirəcək.

Bu barədə BiG.AZ report-a istinadən xəbər verir.

"Avqustun 23-da məhkəmə təqsirləndirilən şəxs barədə iki ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qiyabi qərar çıxarıb. Müddət RF ərazisinə ekstradisiya olunan andan və ya Rusiya ərazisində faktiki tutulduğu andan hesablanır", - bunu Xabarovsk Mərkəzi Rayon Məhkəməsinin sədrinin vəzifəsinin müvəqqəti icraçısının köməkçisi İrina Viniçuk bildirib.

Xatırladaq ki, dünən axtarışda olan A.Allahverənov könüllü hüquq-mühafizə orqanlarına təslim olub.

A.Allahverənov dava zamanı Draçovun öldürülməsində ittiham olunur. Hadisə avqustun 20-də Xabarovskda kafelərdən birində baş verib. Gənc oğlan hadisədən dərhal sonra qaçıb və beynəlxalq axtarışa verilib. Onu 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2787 Tarix: 20.09.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Anaveten
Anaveten 21.09.2017
Allah kömey olsun İnşallah


 
ataxanli
ataxanli 20.09.2017
bedbext oldu yaziq
zor ))


 
Selcan_777
Selcan_777 20.09.2017
Allah qurtarsin. Amin


 
SUM_
SUM_ 20.09.2017
Heyif


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər