Qripdən necə qorunmalı?

Qripdən necə qorunmalı?Qrip (influenza) - qrip virusunun törətdiyi xəstəlikdir. Bu virusun müxtəlif növləri var. Qrip öskürmə və ya asqırma zamanı hava-damcı yolu ilə digər insanlara ötürülür. Virusun mövcud olduğu səthlərə təmas edilən zaman yoluxma halı yüksəkdir. Ona görə də qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qripin əlamətlərinə yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq daxildir. Xəstəlik adətən 2-7 gün davam edir. Qripə yoluxan insanların əksəriyyəti tamamilə yaxşılaşır. Bəzən isə, tənəffüs yollarının infeksiyası və ya pnevmoniya ilə bağlı şikayətlər meydana çıxır.

BiG.AZ saglamliq.isim.az-a istinadən bildirir ki, xəstəliyin ağırlaşmalarına körpələr, yaşlılar, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlər, hamilə qadınlar, eləcə də immun sistemi zəif olan şəxslər arasında daha tez-tez rast gəlinir. Bəzən ağırlaşmalar ölümlə nəticələnə bilər.

Qrip virusunun A, B və C tipli 3 növü var. Daha çox A və B tipli virus əhali arasında geniş yayılıb. Qış fəslində qrip virusunun müxtəlif növləri epidemiyaya çevrilərək, yoluxma ehtimalını artırır. Bu, mövsümi qrip adlanır. Mövsümi qrip epidemiyası dövründə yayılmış qrip virusuna yoluxma ehtimalı daha çoxdur. Qış aylarında bu dövr əksər hallarda 6-8 həftə davam edir.

Donuz qripi H1N1v adlı A tipli qrip virusunun ştamı vasitəsilə yaranır və 60 yaşdan yuxarı şəxslərə nisbətən , daha çox uşaqlar və gənclər arasında yayılıb. A tipli virusa yoluxmuş əksər şəxslərdə qripin yüngül formasına uyğun şikayətlər ola bilər. Onlarda həmçinin ishal (diarreya) və ya ürək bulanması müşahidə olunur. Qeyd: quş qripi fərqli və daha kəskindir.

Mövsümi qrip əleyhinə immunizasiya

Qripə qarşı immunizasiya (qripə qarşı peyvənd) 1 il ərzində mövsümi qripə yoluxma halının qarşısını alır. Qripə qarşı peyvənd olunan hər 10 nəfərdən 7-8-də xəstəliyə qarşı immunitet güclənir. İmmunizasiya hər il adətən, oktyabr və ya noyabr aylarında keçirilir. Bu vaksin, növbəti qış baş verməsi gözlənilən qrip virusu ştamından hazırlanır. Qrip virusu hər il müxtəlif forma aldığından, yeni peyvəndin hazırlanmasına ehtiyac var. Qripə yoluxmamaq üçün hər il peyvənd olunmaq lazımdır.

Qripə qarşı peyvənd öskürək, soyuqdəymə və qripə bənzər xəstəliklərə səbəb ola biləcək digər viruslu infeksiyanın qarşısını almır. Bu, yalnız növbəti qışda baş verməsi gözlənilən spesifik qrip virusunun qarşısını alır.

Böyüklər üçün tətbiq olunan vaksində, adətən, aktiv qrip virusu olmur. Bu o deməkdir ki, o, qrip və ya digər infeksiyalar yaratmır. Qripə qarşı vaksin tətbiq olunduqdan qısa müddət sonra öskürək və ya soyuqdəymə təsadüf nəticəsində baş verə bilər.

Mövsümi qrip virusu əleyhinə kimlərə vaksin tətbiq olunmalıdır?

Mövsümi qrip spesifik tipli qrip virusu olub, payız fəslində müşahidə olunur. Qripin forması hər il dəyişir. Nəticə etibarilə, potensial qrip növünə qarşı hər il yeni peyvənd hazırlanır. Peyvənd vurulduqdan sonra 14 gün ərzində tam immunitet formalaşır.

Adətən, Səhiyyə Nazirliyi vaksinin kimlərə tətbiq olunmalı barədə tövsiyələr verir. Burada əsas məqsəd qriplə xəstələnmənin ehtimalı çox olan şəxslərdə yoluxma halının qarşısını almaqdır. Aşağıdakı şəxslərə payız fəslində mövsümi qripə qarşı vaksinin tətbiq olunması tövsiyə olunur:

Yaşı 65-dən yuxarı olan şəxslərə;

Davam edən (xroniki) ağciyər xəstəliyi olanlara, məsələn, xroniki bronxit, emfizema, fibrokistoz və ağır astmadan əziyyət çəkənlərə (müntəzəm olaraq inhalyasiya steroidləri və həblərdən istifadə edən);

Xroniki ürək xəstəliyi olanlara, məsələn, stenokardiya, ürək çatışmazlığından əziyyət çəkənlərə və yaxud nə vaxtsa infarkt keçirənlərə;

Ağır böyrək xəstəliyi olanlara (nefrotik sindrom, xroniki böyrək xəstəliyi, böyrək çatışmazlığı, böyrək köçürülməsi);

Sirroz kimi ağır qaraciyər xəstəliyi olanlara;

Diabet xəstəliyindən əziyyət çəkənlərə;

İmmuniteti zəif olanlara, məsələn, kimyaterapiya və yaxud steroid müalicəsi alanlara (bir aydan çox), QİÇS xəstəliyi olanlara və ya dalağı çıxarılanlara;

Dağınıq skleroz kimi ağır sinir sistemi xəstəliyi olanlara və yaxud keçmişdə insult keçirən şəxslərə;

Xroniki xəstələr üçün müalicə mərkəzi və yaxud uzunmüddətli qayğı mərkəzində müalicə alan şəxslərə.

Onu da qeyd edək ki, bu vaksin tənəffüs yolları infeksiyasına görə xəstəxanaya gətirilən uşaqlar üçün də məsləhət görülür.

Əsas siyahıya əlavə olaraq, aşağıda qeyd olunan insanlar risk qrupuna aiddirlər:

Əgər qoca və ya əlil insana qulluq edirsinizsə, deməli, siz artıq risk qrupunda sayılırsınız. Sizin qripə yoluxmanız onların sağlamlığı üçün təhlükə yarada bilər, odur ki, gərək sizin güclü immunitetiniz olsun;

Xəstələrə birbaşa qulluq edən (xəstəxana və digər qulluq yerləri daxil olmaqla) heyətə qripə qarşı peyvənd olunmaq rəhbərlik tərəfindən təklif oluna bilər;

Hamilə qadınlar hətta sağlam olsalar belə, onlara qripə qarşı peyvənd vurdurmaq tövsiyə olunur.

Əgər sağlamsınızsa və yaşınız 65 yaşdan aşağıdırsa və siz bu kateqoriyalara daxil deyilsinizsə, onda sizin immunizasiyaya ehtiyacınız yoxdur. Ona görə ki, sizdə qripin fəsadlarının yarana biləcəyi ehtimalı azdır.

Hamilə qadınlar niyə qripə qarşı peyvənd olunmalıdırlar?

Hamilə qadınlarda ciddi xəstəliklərin yaranma riski yüksəkdir. Həmçinin onların digər qadınlara nisbətən, xəstəxanaya düşmə ehtimalı daha çoxdur. Hamiləlik və döşlə əmizdirmə zamanı mövsümi qripə qarşı peyvənd vurulması heç bir problem yaratmır.

Mövsümi qrip əleyhinə peyvəndin hər hansı əlavə təsiri varmı?

Mövsümi qripə qarşı immunizasiya (qripə qarşı peyvənd) adətən, heç bir fəsad törətmir. İynənin vurulduğu yerdə müvəqqəti olaraq yüngül ağrı hiss edə bilərsiniz. Bəzən hərarətiniz (qızdırma) bir az qalxa bilər və əzələlərdə yüngül ağrı ola bilər. Bu ağrılar tezliklə keçir və qrip və ya başqa problemlərə gətirib çıxartmır. Uşaqlara vurulan vaksin böyüklərə vurulan vaksindən fərqlidir. Bu vaksinin tərkibində zəifləndirilmiş qrip virusu var. O, sağlam uşaqda qrip yaratmayacaq. Lakin əgər sağlam uşaq immuniteti zəif olan digər uşaqla bir məkanda olarsa (məsələn, leykemiya, İİV xəstəliyi olan və yaxud sümük iliyi köçürülməsi olan uşaq), onda onlara vaksinin xüsusi növü (aktiv olmayan) vurulmalıdır. Vaksinin aktiv, yəni zəifləndirilmiş növü uşaqlarda qripin qarşısının alınmasında daha effektivdir.

Mövsümi qrip əleyhinə kimlər peyvənd olunmalıdır?

İnsanların böyük əksəriyyətinə immunizasiya ola bilər. Lakin aşağıda qeyd edilən şəxslərə immunizasiya əks göstərişdir:

Yumurtaya qarşı ağır allergiyası olan insanlar. Amma siz donuz qripinə qarşı müxtəlif immunizasiyalar edə bilərsiniz;

Bundan qabaq immunizasiyaya qarşı allergiyası olan insanlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1946   Tarix: 17 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 641
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 126
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 449
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1074
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23340
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 855
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 412
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 13052
.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 586