Rusiyada güllələnən azərbaycanlı çempiona görə 200 azərbaycanlını... – FOTO

Rusiyada güllələnən azərbaycanlı çempiona görə 200 azərbaycanlını... – FOTOAzərbaycan diasporunun nümayəndəsi Ramil Caniyevin Rusiyanın Çelyabinsk şəhərində qətlə yetirilməsinin sərnişindaşıma bazarı uğrunda gedən müharibə ilə əlaqəli olduğu bildirilir.

Baku.ws-in verdiyi məlumata görə, bu barədə ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər yayıb.

Daxili İşlər Nazirliyinin cinayətlə bağlı yaydığı qısa məlumatında qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya haqqında qanunvericiliyin pozulması faktının yoxlanılması üzrə operativ-profilaktiv tədbirləri həyata keçirib.

"Bakinskiy dvorik" kafesində gənc oğlanın qətli və aparılan tədbirlər barədə hələlik bizə heç nə məlum deyil", – deyə DİN rəsmisi Olqa Şterk bildirib.

Hüquq-mühafizə orqanlarındakı mənbə ura.ru saytına deyib ki, polis əməkdaşları kafedə, sadəcə, profilaktik tədbirlər görməyiblər, orada atışma da olub.

"Kafedə olanları üzü üstdə yerə uzatdılar, üzərilərini axtardılar. Daha sonra hamısını polis maşınlarına oturtdular. 200 nəfəri tutub apardılar. Hətta ölənin atasını da tutdular", – deyə mənbə bildirib.

Kafedə ofisiant işləyən Zilya faktı təsdiqləyib.

"OMON hadisə yerinə gəldi, atəş açmağa başladı. Bəzilərini içəri girən kimi döyməyə başladılar", – deyə Zilya bildirib.

Sentyabrın 8-də Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyev güllələnib.

İstintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal-qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 25 yaşlı R.Caniyevi xilas etmək mümkün olmayıb.

Rusiyada güllələnən azərbaycanlı çempiona görə 200 azərbaycanlını... – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2900   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589