Bu sürücülərə yol polisi saxlamadan cərimə yazılacaq — Radara düşəcəksiniz

Bu sürücülərə yol polisi saxlamadan cərimə yazılacaq — Radara düşəcəksinizAzərbaycanda yol hərəkəti qaydalarının pozulması hallarının kameralar vasitəsilə aşkar olunması istiqamətində işlər davam edir.

İki ay əvvəl icbari sığortası olmayan nəqliyyat vasitələrinin sürücülərinə elektron protokol tətbiq edilməsinə başlanmışdı. Artıq bir neçə gündür ki, təhlükəsizlik kəmərini taxmayan sürücülər də kameralar vasitəsilə aşkar olunaracaq elektron prtokolla cəzalandırılər. Artıq bir neçə sürücüyə bu tip elektron protokollar və ya protokol barədə SMS vasitəsilə bildirişlər gəlməyə başlayıb. Avtosfer.az-a müraciət edən Kənan adlı sürücü bildirib ki, dünən ona belə bir SMS gəlib. SMS-də sürücünün İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələbini pozduğu üçün MMX protokol tərtib edildiyi qeyd olunur.

BiG.AZ xəbər verir ki, avtosfer.az-ın bir neçə sürücü arasında keçirdiyi sorğudan da məlum olub ki, həqiqətən də son günlər bu tip SMS-lər göndərilir.

Qeyd edək ki, kəmər taxmayanların elektron protokolla cərimə edilməsi yenilik deyil və qanunsuz sayılmır. Belə ki, ötən ilin martında qəbul edilən yeni İnzibati Xətalar Məcəlləsində bu məsələ aydın şəkildə əksini tapıb. Həmin maddəni olduğu kimi təqdim edirik:

Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması

329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat məbləğində cərimə edilir.

329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə 40 manat məbləğində cərimə edilir.

329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 30 manat məbləğində cərimə edilir.

Qeyd: Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş bu Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs bu Məcəllənin 122 və 123-cü maddələrində müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir.

Bu o deməkdir ki, sürücü təhlükəsizlik kəmərini taxmadan avtomobil idarə edirsə kamera vasitəsilə dayanmadan, yəni ard-arda bir neçə kameranın yanından keçərkən hər dəfə cərimə oluna bilməz. Lakin kamera çəkib elektron prtokol tərtib edilməklə yanaşı sürücünü yolda xidmət aparan inspektor da saxlayıb cərimə yaza bilər.

Odur ki, sükan arxasına əyləşən kimi təhlükəsizlik kəmərini taxmağı unutmayın. Kəməri cərimədən yaxa qurtarmaq üçün yox, özünüzün və sevdiklərinizin təhlükəsizliyini qorumaq üçün taxın...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1076   Tarix: 11 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997