Yazıçı Anar Rzayev: "26" rəqəmi Azərbaycanda ləğv olunmayıb
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev birliyin icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26" kafesi ilə bağlı məsələyə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bununla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
BiG.AZ report-a istinadən xəbər verir ki, A.Rzayev H.Abutalıbova dərin hörməti olduğunu və ona görə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının nə dediyini müfəssəl öyrənməmiş cavab vermək istəmədiyini bildirib:
"Amma bu məsələ ilə əlaqədar deyə bilərəm ki, əgər "arvadı, dayısı və babaları erməni olanlar" deyəndə Azərbaycan Yazıçılar Birliyi nəzərdə tutulursa, Yazıçılar Birliyində heç kəsin, o cümlədən rəhbərlikdə təmsil olunan şəxslərin nə arvadı, nə dayısı ermənidir, nə də ki ermənilərlə əlaqələri var. Əksinə, Yazıçılar Birliyi həmişə ermənilərin hücumuna məruz qalıb və şəxsən mənim haqqımda dəfələrlə Moskvaya donoslar yazıblar".
Yazıçılar Birliyinin sədri hesab edir ki, "26" kafesinin adının "26 Bakı komissarı" ilə bağlı olması inandırıcı deyil:
"Kimin ağlına gələ bilər ki, güllələnmiş komissarların adını restorana qoysunlar. Bildiyimə görə, "26" rəqəmi həmin obyekti icarəyə götürənlərin ya maşınının nömrəsidir, ya nədirsə, özləri ilə bağlı rəqəmdir".
A.Rzayev vurğulayıb ki, ümumiyyətlə, "26" rəqəmi Azərbaycanda ləğv olunmayıb:
"Əgər ləğv olunsaydı, onda gərək evləri sıralayanda deyək ki, 25-dən sonra 27 gəlir. Hər 26 rəqəmini "26 Bakı komissarı"nın adı ilə bağlamaq gülüncdür, böyük absurddur.
Digər absurd odur ki, həmin komissarların nəşləri tapılanda orada 26 deyil, 23-nün meyitinin qalıqları olub. Onda gərək kafenin adını onların şərəfinə "23" qoyaydılar. Bunlar o qədər absurd məsələlərdir ki, bu barədə danışmağa da dəyməz. Ona görə də danışmaq istəmirəm.
O ki qaldı, "26 Bakı komissarı" adlı küçəyə onun adını yaxşı olardı ki, vaxtında dəyişəydilər, indi hay-küy qopandan sonra yox. İllərlə Bakının küçələrindən biri Azərbaycan xalqının qanına susamış həmin "26-lar"ın adını daşıyıb. Amma indi ayılıblar. Vaxtında ayılmaq lazım idi".
Qeyd edək ki, sentyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi və iştirakı ilə Bakının Səbail rayonu ərazisində, "Sahil bağı" (keçmiş "26 Bakı komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26" - "Twenty six" adlı kafenin fəaliyyəti dayandırılıb. Kafenin əmlakı müsadirə edilib.
H.Abutalıbov jurnalistlərə açıqlamasında deyib ki, ermənilər və burada yaşayan erməni havadarları, anaları, dayıları, babaları erməni olanlar nə qədər azğınlaşıblar ki, azərbaycanlıların soyqırımını təşkil etmiş adamların adına kafe açırlar:
"Bu məkanı onlara icarəyə verənlər başa düşsünlər ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə, erməni qatillərinə, soyqırım təşkil edənlərə Azərbaycanda yer yoxdur. Obyekt bağlanacaq, onları müdafiə edənlər, ərazini icarəyə verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2722 Tarix: 10 sentyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Ən yaxşı aktrisa seçilən Demi Mur şok oldu
Demi Mur Qızıl Qlobus mükafatlandırma mərasimində musiqili komediya sahəsində ən yaxşı aktrisa seçilib. xəbər verir ki, aktrisa təəccübünü gizlətməyib. "Şokdayam. 45 ildir bu işlə məşğulam. İlk dəfədir mükafat alıram" ,- deyə o bildirib. [hh4-unikal]
06.01.2025 313 Onların maaşı artırıldı - Sərəncam
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu ilin yanvarı
16:05 464 Əhaliyə CİDDİ XƏBƏRDARLIQ - Yanvarın 9-dan...
Yanvar ayında bir sıra maqnit qasırğaları gözlənilir. Bu təbii hadisələrin insanlar üzərindəki təsiri, xüsusilə meteohəssas şəxslər üçün əhəmiyyətli ola bilər. Uzmanlar qasırğaların təsir göstərə biləcəyi tarixlərdə əhval dəyişikliyi, baş ağrısı və qan təzyiqində dəyişikliklərin müşahidə oluna biləcəyin
17:12 333 Qarabağda vəfat edənlərin orada dəfn edilməməsi DÜZGÜNDÜR?
Tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə bərpa və geniş quruculuq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı məskunlaşma ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncam
18:08 148 Ağ qızdırma nədir və necə müalicə olunur...
"Ağ qızdırma zamanı uşağın rəngi solğun olur. Qulaqları, əlləri, ayaqları soyuq olur. Hətta dodaqları soyuq və göyərmiş kimi olur, amma termometr 39 dərəcə göstərə bilir. Uşaq halsız, qeyri-adekvat olur, titrədir". Ölkə.Az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki
06.01.2025 617 Cem Yılmazın sifariş etdiyi lampa qırıq gəldi
Cem Yılmazın sifariş etdiyi 43 min TL-yə aldığı lampa qırıq gəlib və mağaza lampanı dəyişdirməyib. xəbər verir ki, bu barədə Cem Yılmaz özü paylaşım edib. "43 min TL-lik lampa üçün brendinə 43 milyon zərər verən dostları təbrik edib uğurlarının davamını arzulayıram" ,- deyə o bildirib. [hh4-unikal
20:45 1 Gedişhaqqı artır, xidmət dəyişmir - "Düşəndə gödəkçən ilişib cırılır" - Video
Azərbaycanın əksər bölgələrində şəhərdaxili marşrutlarda gedişhaqqi ötən ildən artırılsa da, sərnişindaşıma xidmətinin keyfiyyətində heç bir dəyişiklik yoxdur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb. Qeyd olunur ki, sərnişinlər ödədikləri gedişhaqqına görə göstərilə
11:45 316 Haker hücumları ilə bağlı əhaliyə müraciət edildi
2024-cü il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3798 olub. Bu barədə -a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən "Kibergigiyen
11:25 216 Məşhur jurnalist vəsiyyətini açıqladı
Beyninə qan sızan məşhur jurnalist Reha Muhtar bir müddət reanimasiya şəraitində müalicə aldıqdan sonra evə buraxılıb. türk mediasına istinadən xəbər verir ki, Reha Muhtar evə qayıdandan sonra ailəsinə vəsiyyətini açıqlayıb. Mülkiyyətini doğmaları arasında bölən məşhur jurnalist açıqlamasında "Sevdiklərim
19:30 3