Yazıçı Anar Rzayev: "26" rəqəmi Azərbaycanda ləğv olunmayıb

Yazıçı Anar Rzayev: "26" rəqəmi Azərbaycanda ləğv olunmayıbAzərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev birliyin icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26" kafesi ilə bağlı məsələyə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bununla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

BiG.AZ report-a istinadən xəbər verir ki, A.Rzayev H.Abutalıbova dərin hörməti olduğunu və ona görə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının nə dediyini müfəssəl öyrənməmiş cavab vermək istəmədiyini bildirib:

"Amma bu məsələ ilə əlaqədar deyə bilərəm ki, əgər "arvadı, dayısı və babaları erməni olanlar" deyəndə Azərbaycan Yazıçılar Birliyi nəzərdə tutulursa, Yazıçılar Birliyində heç kəsin, o cümlədən rəhbərlikdə təmsil olunan şəxslərin nə arvadı, nə dayısı ermənidir, nə də ki ermənilərlə əlaqələri var. Əksinə, Yazıçılar Birliyi həmişə ermənilərin hücumuna məruz qalıb və şəxsən mənim haqqımda dəfələrlə Moskvaya donoslar yazıblar".

Yazıçılar Birliyinin sədri hesab edir ki, "26" kafesinin adının "26 Bakı komissarı" ilə bağlı olması inandırıcı deyil:

"Kimin ağlına gələ bilər ki, güllələnmiş komissarların adını restorana qoysunlar. Bildiyimə görə, "26" rəqəmi həmin obyekti icarəyə götürənlərin ya maşınının nömrəsidir, ya nədirsə, özləri ilə bağlı rəqəmdir".

A.Rzayev vurğulayıb ki, ümumiyyətlə, "26" rəqəmi Azərbaycanda ləğv olunmayıb:

"Əgər ləğv olunsaydı, onda gərək evləri sıralayanda deyək ki, 25-dən sonra 27 gəlir. Hər 26 rəqəmini "26 Bakı komissarı"nın adı ilə bağlamaq gülüncdür, böyük absurddur.

Digər absurd odur ki, həmin komissarların nəşləri tapılanda orada 26 deyil, 23-nün meyitinin qalıqları olub. Onda gərək kafenin adını onların şərəfinə "23" qoyaydılar. Bunlar o qədər absurd məsələlərdir ki, bu barədə danışmağa da dəyməz. Ona görə də danışmaq istəmirəm.

O ki qaldı, "26 Bakı komissarı" adlı küçəyə onun adını yaxşı olardı ki, vaxtında dəyişəydilər, indi hay-küy qopandan sonra yox. İllərlə Bakının küçələrindən biri Azərbaycan xalqının qanına susamış həmin "26-lar"ın adını daşıyıb. Amma indi ayılıblar. Vaxtında ayılmaq lazım idi".

Qeyd edək ki, sentyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi və iştirakı ilə Bakının Səbail rayonu ərazisində, "Sahil bağı" (keçmiş "26 Bakı komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26" - "Twenty six" adlı kafenin fəaliyyəti dayandırılıb. Kafenin əmlakı müsadirə edilib.

H.Abutalıbov jurnalistlərə açıqlamasında deyib ki, ermənilər və burada yaşayan erməni havadarları, anaları, dayıları, babaları erməni olanlar nə qədər azğınlaşıblar ki, azərbaycanlıların soyqırımını təşkil etmiş adamların adına kafe açırlar:

"Bu məkanı onlara icarəyə verənlər başa düşsünlər ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə, erməni qatillərinə, soyqırım təşkil edənlərə Azərbaycanda yer yoxdur. Obyekt bağlanacaq, onları müdafiə edənlər, ərazini icarəyə verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2722   Tarix: 10 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Covid dönəmində alışdığımız tədbirlər yenidən gündəmə gələ bilər" - Yeni virus yayılır

Çində insanlar arasında az tanınan metapnevmovirus (HMPV) adlı yeni bir virusun yayılması narahatlıq yaradıb. Xüsusilə də virusun, əsasən, uşaqlar arasında sürətlə yayılması diqqət çəkib. Mövzu ilə bağlı -a danışan infeksionist həkim Vasif Əliyev bildirib ki, virusun təsdiqlənmiş peyvəndi yoxdur. On

17:14 122
.

Prezident yerli televiziya kanallarına müsahibə verdi - Fotolar/Video

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

07.01.2025 484
.

Paşinyan Moskvadan bahalı hədiyyələrlə qayıdıb

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il dekabrın 13-də Moskvada Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib. Ermənistanın hökumət başçısı sözügedən iclas çərçivəsində həmkarlarından bahalı hədiyyələr alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat

11:36 299
.

Məşhur model şəhərin çirklənməsinə qarşı etirazını bildirib

Türkiyənin məşhur modeli Tuğba Özay şəhəri çirkləndirənlərə qarşı etirazını bildirb. türk mediasına istinadən xəbər verir ki, model şəhərin zibillə dolu hissələrinin görüntülərini sosial media səhifəsində paylaşıb. Şəhəri çirkləndirənlərin cərimələnməsini tələb edən Özay, "Meşələrimiz onsuz da yanıb

18:45 0
.

Dollar dəyərini itirəcək, kriptovalyutalar isə... – "Simpsonlar"ın 2025-ci il proqnozları

36 mövsümdür həm əyləncəli bir animasiya, həm də "kəhanət vasitəsi" olaraq görülən "Simpsonlar"ın 2025-ci il proqnozları üzə çıxmağa başlayıb. -a istinadən xəbər ki, "Simpsonlar" filminin bir hissəsində 2025-ci ilə işarə edən günəş fırtınası fəlakətindən bəhs edilir. B

10:46 989
.

Qonşusuna pəncərədən nəzarət edən şəxs həbs edildi

Türkiyənin İzmir şəhərində qonşusuna pəncərədən nəzarət edən şəxs saxlanılıb. türk mediasına istinadən xəbər verir ki, qonşusu olan qadının yataq otağına baxan şəsx polis əməkdaşlarına edilən şikayətin ardından saxlanılıb. İlkin dindirilmə zamanı təqsirləndirilən şəxs günahını etiraf etməyin. Lakin gətirilə

07.01.2025 420
.

Novruz bayramı ilə əlaqədar ardıcıl 7 gün iş olmayacaq

Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək. xəbər verir ki, Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18-i olacaq. Belə ki, fevralın 25-də ilk - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq

16:49 215
.

Sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı

Bakı Metropoliteninin "Ulduz" stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb. Bu barədə -a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib. İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb. Stansiyada dərhal təhlükəsizli

07.01.2025 439
.

"Uşaqların tərbiyəsi və cəmiyyətin sağlamlığı məhz qadının üzərində dayanır"-Üzeyir Şəfiyev

"Cinayət törədənlər arasında qadınların olması və onların son zamanlar artan dinamikası təəssüf doğurur. Bu hal ümumilikdə bir sıra səbəblərlə izah oluna bilər". Bunu -a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib. O, qeyd edib ki, son dövrlərdə qadınlar müstəqilliyə və sərbəstliyə, eqois

15:30 143
.

TOP MP3