Dünyanın ən təhlükəli 10 qidası – SİYAHI

Dünyanın ən təhlükəli 10 qidası – SİYAHIABŞ-ın məşhur sağlamlıq və düzgün qidalanma ilə əlaqəli mövzuları işıqlandıran məşhur eatthis.com portalı insan sağlamlığına zərər verən ən təhlükəli 30 qidanı müəyyənləşdirib.

Modern.az həmin siyahının ilk onluğundakı qidaları təqdim edir:

Pop-korn – Xüsusi dəzgahlarda partladılan qarğıdalı ona əlavə olunan yağ, duz və başqa ədviyyatlar səbəbindən insan orqanizminə ciddi zərər vurur. Piylənmə və mədə problemi olanlar pop-korndan qaçmalıdırlar;

Hazır toyuq kotleti (chicken nugget) – Bu təamın insan orqanizmi üçün bir çox zərərləri var. Amma ən təhlükəlisi ona vurulan süni qida boyasıdır.

Kolbasa və sosiska məhsulları – Bu qidaların tərkibinə əlavə edilən məmulatlar bir-biri ilə əlaqəsi olmayan, reaksiyaya girə bilməyən maddələrdir. Bundan əlavə, həddən artıq vurulan duz, istiot və nitrat turşusu ət məmulatı olan kolbasaların olan-qalan vitaminlərini də məhv edir;

Çipsi və peçenye çubuqları – Hər ikisinin hazırlanmasında süni qida boyası və zərərli ədviyyatlardan istifadə olunur. Bu qidalar bədəndəki maddələr mübadiləsinin pozulmasına şərait yaradır. Həzm prosesini ləngidir;

Dadlandırıcı və ətirli qatqılar – Bu, bizdə o qədər də yayılmayıb. Xüsusən, birdəfəlik atma çaylara qatılır ki, rəngini dəyişsin və ona əlavə qoxu, dad versin. Həb formasındadır. Kifayət qədər ziyanverici xassələrə malikdir;

Jelibom və düymə formalı konfetlər – Uşaqların "bonibon"dediyi həbəoxşar xırda konfetlərin özlərindən qat-qat böyük zərərləri var. İndi də çox satılan bu cür konfetlərdə süni boya, doymuş zərərli yağ qatqıları və ifrat şəkər var ki, bunların üçü də orqanizmi məhv edir;

Qəhvə kremi – Nə yaxşı ki, elit restoran-kafeləri çıxmaq şərti ilə, bizdə çox istifadə edilmir. Əsasən, acı qəhvələrin üzərinə əlavə edilir ki, bu da birbaşa ürəyə, qan-damar sisteminə ciddi təsir göstərir;

Sendviç – İfrat ədviyyat, duz əlavə edilən sendviç gec həzm olunur, maddələr mübadiləsini pozur;

Marqarin – Yaxşısı budur ki, marqarinin fəsadlarından danışmayaq. Ən yaxşısı istifadə etməməkdir;

Noğul – Müxtəlif rənglərlə boyanmış, bərk şəkərdən ibarət olan noğulun təkcə təyinatı belə zərərlidir. Çünki adından da göründüyü kimi, bu məmulat süni qida boyası və izafi dərəcədə boyat şəkərdən hazırlanır ki, onların hər ikisi orqanizm üçün zərərlidir. Uşaqları noğuldan uzaq tutmaq məsləhətdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2307   Tarix: 08 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329