Kəmaləddin Heydərovun oğlu bu ailəyə 120 min dollarlıq yardım etdi

Kəmaləddin Heydərovun oğlu bu ailəyə 120 min dollarlıq yardım etdiSümük iliyi diaqnozu qoyulan azyaşlı Cavid Abdullayev Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun prezidenti olduğu "Qəbələ" klubunun maliyyə dəstəyi ilə Türkiyədə əməliyyat olunub. Hazırda Cavid Abdullayevin səhhətində irəliləyiş olsa da, ailəsinin Türkiyədə xəstəxanaya 88 min dollara yaxın borcu qalıb.

Bakıda yaşayan və tikinti sektorunda çalışan Davut və Aynura cütlüyünün ilk uşaqları olan Cavid Abdullayevin, iki il əvvəl yüksək qızdırma və həddindən artıq yorğunluq şikayətləriylə getdiyi xəstəxanada milyonda 3 adamda görülən aplastik anemiya (sümük iliyi) diaqnozu qoyulub.

Övladının xəstəliyi səbəbindən çətin anlar yaşayan ailə Rusiyada və Belarusda müayindən də keçiblər. Bu ölkələrdə də övladının dərdinə çarə tapa bilməyən ata və ana onu Antalyada yerləşən özəl xəstəxanaların birinə müalicəyə aparıblar.

Təxminən 1 il yarımdan çoxdur ki, müalicə öz nəticəsini verib. Ata xəstəxanaya övladının əməliyyatına görə 120 min dollar məbləğində pul ödəyib. Davut Abdullayev hazırda dərman və xəstəxana xərclərinə görə övladının müalicə aldığı tibb mərkəzinə 87 min 500 dollar borcu qalıb".

Davut Abdullayev türkiyə mətbuatına açıqlama verərək bu sözləri deyib:

"Azərbaycanda övladımın müalicəsinə 60 min dollar, Rusiya və Belarusiya xəstəxanalarında 30 min dollar xərcləmişəm. Bakıdakı evimi, avtomobilimi və bütün mal-dövlətimi satdım. Bu da kifayət etmədi.

Daha sonra Türkiyədə əməliyyat olunmalı idi. Bu əməliyyatın xərcini isə Qəbələ futbol komandasının rəhbərinin köməkliyi ilə ödədim. Həmin məbləğ isə 120 min dollardır.

Hazırda 87 min 500 dollar xəstəxanaya borcum qalıb. Nə satacaq malım, nə borc istəyəcək dostum var. Xəstəxana borcumu yalnız Türkiyə dövləti tərəfindən mənə veriləcək iş icazəmi aldıqdan sonra çalışacam və bundan sonra borcumu qaytara biləcəm. Bu günə qədər uşağımın müalicəsiylə məşğul olmağı düşünürdüm. Lakin artıq hər şeyimiz bitdi, maddi və mənəvi çətinlik yaşayırıq. Əgər iş icazəsi verilsə çalışaram, evimi və uşaqlarımı dolandıraram".

Oğluna ilik verib, ikinci dəfə həyata qaytaran Aynurə Məmmədli vurğulayıb ki, oğlunun sağlamlığı ailəsi üçün vacibdir: "Lakin övladımın bundan sonra da yaşaması üçün müalicəsi vacibdir və bunu etdirmək üçün də pul lazımdır".

mənbə: unikal.org

Kəmaləddin Heydərovun oğlu bu ailəyə 120 min dollarlıq yardım etdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4172   Tarix: 07 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 226
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 192
.

Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili

01.05.2024 121
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 178
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 417
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 298
.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 1815
.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 125