Əli Həsənov nəvəsinin öldürdüyü sürücünün ailəsini BƏXŞİŞLƏ BOĞDU: Ev, maşın...

Əli Həsənov nəvəsinin öldürdüyü sürücünün ailəsini BƏXŞİŞLƏ BOĞDU: Ev, maşın...Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin törətdiyi avtomobil qəzasında dünyasını dəyişən şəxsin ailəsini təminat altına alıb.

BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, qəza zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə birlikdə avtomobildə olan və dünyasının dəyişən Mehdi Əliyevin ailəsinə Əli Həsənov tərəfindən maddi yardım göstərilib.

Əli Həsənov mərhum Mehdi Əliyevin ailəsinə ev və maşın verib. Baş nazirin müavininin maddi təminatı bununla da bitməyib. Ə. Həsənov mərhum Mehdi Əliyevin xanımını işlə təmin edib, onun 3 yaşlı övladını da 18 yaşına çatanadək himayəyə götürüb.

Məsələ ilə bağlı mərhumun anası Nazilə Əliyeva ilə əlaqə saxlanılıb. O, bu mövzu ilə bağlı sualları cavablandırmaq istəmədiyi bildirib.

"Yəqin ki, məni başa düşərsiniz. Mən bir daha bu mövzuya qayıtmaq istəmirəm",- deyə N.Əliyeva bu mövzuda danışmaq istəmədiyini qeyd edib.

Xatırladaq ki, bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandawagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.

Qəzanı tördən şəxsin əvvəlcə Mehdi Əliyev olduğu və onun dünyasının dəyişdiyi bildirilirdi. Amma sonra aparılan araşdırmalar zamanı məlum oldu ki, sükan arxasında Əli Həsənovun nəvəsi olub. Mehdi Əliyev sürücü olsa da həmin vaxt maşını idarə etmirmiş.

Rəsmi məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı sükan arxasında 1994-cü il təvəllüdlü Nail Allahverdiyevin olması təsdiqini tapıb. Daha sonra onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olmuşdu ki, həmin vaxt Nail Allahverdiyev "Mazda" markalı avtomobillə ötüşürmüş. Həmin maşının sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov barəsində isə inzibati həbs qərarı verilib.

Qəza zamanı dünyasını dəyişənlərdən biri isə piyada Vaqif Əsədov olmuşdu. O, yol kənarında olarkən Nail Allahverdiyevin idarə etdiyi maşının altında qalaraq dünyasının dəyişmişdi. Mərhum Vaqif Əsədovun kiçik oğlu mətbuata açıqlamasında qəzaya səbəb olanların cəzalandırılamsını istəmişdi. Onun digər övladları isə bunun əksi olaraq "nə düşübsünüz Nailin üstünə?" deyə mətbuat nümayəndələrini qınamışdılar. Onlar bu mövzu haqda danışmaq istəmədiklərini və media nümayəndələrindən onları narahat etməmələrini istəmişdilər.

Qəza zamanı yaralanan iki nəfər isə Türkiyə vətəndaşları idi. Ər-arvad olan şəxslər müalicə üçün Türkiyəyə yola salınıb. Onlar Türkiyənin keçmiş prezidenti Abdullah Gülün qohumlarıdır.

Qeyd edək ki, Nail Allahverdiyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasına saxlanılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3388   Tarix: 07 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 288
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 340
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 482
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 786
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 787
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 480
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 242
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 200
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 351