Samuxda qaçırılarkən öldüyü deyilən qızdan XƏBƏR VAR: SAĞ İMİŞ...

Samuxda qaçırılarkən öldüyü deyilən qızdan XƏBƏR VAR: SAĞ İMİŞ..."Samux rayonunda 20 yaşlı qızın qaçırılması zamanı baş verən avtoqəzaya görə iki maddə ilə (adam oğurluğu və avtoqəza) cinayət işi açılıb. Saytlarda yazıldığı kimi, qız ölməyib. Qaçırılan qız - Türkan İsgəndərova sağdır".

BiG.AZ xəbər verir ki, bu barədə modern.az-a Samux rayon Sərkər kənd polis sahəsinin baş müstəntiqi İlqar Qəmbərov məlumat verib.

Müstəntiq bu məsələ ilə bağlı mətbuatı diqqətli olmağa çağırıb: "Hadisə günü yazdılar ki, qaçırılan qız ölüb. Onun ailəsini, yaxınlarını heçmi düşünmədilər? Axı qız ölməyib. Hazırda Gəncə Xəstəxanasında müalicəsini davam etdirir. Yoxlanılmamış məlumatı necə yazmaq olar? Təsəvvür edin, qız xəstəxanada reanimasiyadadır, anaya deyirlər ki, saytlar qızının öldüyünü yazıb. Bu ananı sakitləşdirmək olarmı?"

Müstəntiq deyib ki, hazırda Türkan İsgəndərovanın vəziyyəti normaldır: "Ciyərlərində problem vardı, indi düzəlib. Dünən "trubkanı" çıxardılar, bu gün xanımın ifadəsini alacağıq. Ümumiyyətlə, Gəncə Təcili Tibbi Yardım Xəstəxanası bərbad gündədir. O qız həmin xəstəxanada cəmi iki saat qalıb. Sonra Mərkəzi Klinikaya köçürüblər, hazırda vəziyyəti stabildir".

Gəncə Rayon Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin həkimi qız qaçıranların xəsarəti barədə məlumat verib: "Məndə olan məlumata görə, üç nəfər - Şəmkir rayon Çinarlı kənd sakini, 1988-ci il təvəllüdlü Müşfiq Nağıyev; Şəmkir rayon Könüllü kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Mehdiyev; sürücü, Samux rayon Sərkər kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Musayev bizdə müalicə alırdı. Eldəniz Musayevə qaşarası yara və bel nahiyəsinin əziyi diaqnozu qoyulub. O stasionar müalicəyə buraxılıb. Qızın yaxınları dava-dalaş saldığı üçün digər iki nəfər - Müşfiq Nağıyev və Zaur Mehdiyev xəstəxanaya müraciət ediblər. Heç birinin həyati təhlükəsi yoxdur".

Qeyd edək ki, sentyabrın 4-də Samuxda avtomobillə qız qaçıran şəxslər qəzaya düşüb. Hadisə axşam saatlarında baş verib. Qız qaçıran şəxslər Əhmədbəyli kəndi ərazisində avtomobillə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və nəqliyyat vasitəsi Gəncə çayına düşüb.

Qəza nəticəsində sürücü, Samux rayon Sərkər kənd sakini, 32 yaşlı Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini Türkan İsgəndərova, eləcə də, avtomobildə olan daha iki şəxs ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2562   Tarix: 06 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608