Rəşad vurduğu avtoqol barədə: O qoladək nələrin baş verdiyini heç kim demir

Rəşad vurduğu avtoqol barədə: O qoladək nələrin baş verdiyini heç kim demirAzərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Norveç yığmasına səfərdə 0:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

BiG.AZ-ın report-a istinadən məlumatına görə, 35 yaşlı müdafiəçi bildirib ki, bu məğlubiyyətdən sonra danışmaq çox çətindir:

"Matça pis başlamamışdıq. Çox yaxşı çıxış etməsək də, rəqibə oynamaq imkanı vermir, meydanda boşluqlar buraxmırdıq. Oynamaq imkanı verdikdə isə norveçlilər hücumlarını uzaqdan zərbələrlə tamamlayırdılar. İlk hissədən sonra paltardəyişmə otağında söhbət oldu. Baş məşqçi Robert Prosineçki bizi motivasiya etdi. İkinci hissədə daha açıq futbol oynamağa başladıq. Bu tip rəqiblərlə açıq oynadıqda istər-istəməz müdafiədə və yarımmüdafiədə boşluqlar verirsən. İkinci hissədə rəqibə o qədər də təzyiq göstərə bilmədik. Nəticədə cərimə meydançamızın yaxınlığında boşluqlar yarandı. Bununla belə, fürsətlərdən daha yaxşı yararlansaydıq, buradan bəlkə də xalla ayrıla bilərdik. Rəqibin də qol imkanları var idi. Ümumilikdə oyun haqda nə isə deməkdə çətinlik çəkirəm".

R.Sadıqovun sözlərinə görə, problem ondadır ki, biz yalnız son nöqtəyə baxırıq:

"Hamı deyir ki, avtoqol oldu. Amma o qoladək nələrin baş verdiyini demirik. Cərimə meydançasında topa həmlə edirdik. Hər şeyi daha detallı analiz etmək lazımdır. Təbii ki, rəqib hücumlara çıxırsa və bizi param-parça edirsə, son mövqedə bizik. Axırda daş bizim – ya mərkəz müdafiəçilərinin, ya da qapının başında çatlayır. Bu oyunda da elə alındı ki, mərkəz müdafiəçiləri ön planda oldu. Həmlə etmirsən, qapından qol keçir, həmlə edirsən, qapı ilə arandakı bir-iki metrlik məsafədə istər-istəməz ani texniki səhv qapına vurulan qolla nəticələnir. Ümumiyyətlə, millidən danışanda "Qarabağ", "Qəbələ", "Neftçi" və ya digər komandanın futbolçuları mövzusuna yer verməmək lazımdır. "Qarabağ"ın futbolçuları meydanda sonadək mübarizə apardılar. Amma ola bilsin, hardasa texniki səhvlər oldu. Nə isə alındı, nə isə alınmadı.

Bu gün milli komandanı tənqid ediriksə, bunu qəbul edirəm. Amma sırf "Qarabağ"ın futbolçularını ayırmağınızla razılaşmıram. Millidə olduğum vaxt mənə "Qarabağ"dan sual verəndə qəbul edə bilmirəm. Mən burada millinin futbolçusuyam. Nə səhv edirəmsə, bu forma altında edirəm. Sabah yaxşı oynadıqda bunu "Qarabağ"ın futbolçularının ayağına yazmağın tərəfdarı deyiləm. Yaxud nəticə olduqda "Qarabağ"ın futbolçuları çoxluq təşkil edirdi" fikirlərinə qarşıyam. Yaxşı da, pis də millinin futbolçularının ayağına yazılır. Biz "Qarabağ"dan əvvəl yığmanın futbolçularıyıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1658   Tarix: 02 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972