Azərbaycanlı məşhurlar arasında PUL QALMAQALI: Samir "Quran"a əl basıb ki...

Azərbaycanlı məşhurlar arasında PUL QALMAQALI: Samir "Quran"a əl basıb ki...Təxminən 2 ilə yaxındır ki, Kamran Həsənli ilə müğənni Samir Piriyev arasında olan maliyyə qalmaqalı səngimək bilmir. Samir Piriyev və onun vəkili Kamran Həsənlinin onun pulunu mənimsədiyini iddia edirdi və bu barədə, demək olar ki, hər ay mətbuatda açıqlamalar verirdilər. Hətta mətbuat konfransları da təşkil edirdilər.

BiG.AZ xəbər verir ki, Kamran Həsənli enter.news saytı ilə əlaqə saxlayaraq bu məsələnin artıq sona çatdığını bildirib və kifayət qədər qaranlıq qalan məqamlara aydınlıq gətirib.

Kamran Həsənli bildirib ki, indiyədək Samir Piriyevin danışdığı yalanlar, atdığı şər-böhtanlar sona çatdı. Çünki Samir Piriyev həmişə deyirdi ki, "pulu Kamran Həsənliyə vermişəm. Bizə deyib ki, Türkiyədə obyekt var. Amma Türkiyəyə gedəndə gördüm ki, obyekt-filan yoxdur. Mənim pulumu yeyiblər".

Kamran Həsənli məsələnin tam başqa cür olduğunu qeyd edib: "Amma istintaq nəticəsində aydın oldu ki, Samir Piriyev dəfələrlə Türkiyədə olub, həmin obyekt də var, onun özü isə pay sahiblərindən biri olub. Bütün bunları onun özü boynuna alıb. İki ilə yaxındır ki, istintaq gedir. Hüquq-mühafizə orqanlarının tələbi ilə həmin türk iş adamı Bakıya gəldi. Həmin şəxsin adı Ərhan Yılmazdır. O ifadə verdi. İfadəsində Samir Piriyevin yalançı olduğunu isbat etdi. Samirin üzünə dedi ki, bütün pulu birbaşa Türkiyədə Ərhan Yılmazın özünə verib. Həmin şirkət müflis olub. Bizim hamımız ciddi şəkildə orada pul itirdik. Samir Piriyev də gördü ki, pul orada batır, ona görə mənim üstümə düşdü ki, Bakıda nə bacarsam, Kamran Həsənlidən alaram".

Daha sonra Kamran Həsənli "Qurani-Kərim" məsələsinə aydınlıq gətirdi: "İfadə zamanı Samiri məcbur ediblər ki, "Qurani-Kərim"ə əl basmalısan. Samir Piriyev də "Quran"a əl basıb və and içib ki, bəli, mən Ərhan Yılmazla ortaq olmuşam. Siz bir şeyə diqqət edin ki, həmin şirkətin sahibi Ərhan Yılmaz özü Bakıya gəlib ifadə verir və izah edir ki, bütün pul ona verilib. Samirgil həmin bu istintaq müddəti ərzində əllərindən gələn hər şeyi etdilər ki, məni ləkələsinlər. Haqq-ədalət həmişə öz yerini tutur. Heç kim gözləmirdi ki, Türkiyə vətəndaşı olan bu adam gəlib Bakıda ifadə versin".

Kamran Həsənli ortaq olduqları şirkətdə özünün də zərərçəkənlərdən biri olduğunu xatırladıb: "Onu da qeyd edim ki, Ərhan Yılmaz şəxsən mənim özümə 300 min avro borcludur. Banklara bu adamın çoxlu borcu var. 12 milyon dollar qiyməti olan həmin şirkətimiz Türkiyədə müflis olub. Samir Piriyevin 80 min, mənim isə 300 min zərərim olub. Türk iş adamı ifadəsində dedi ki, bizim içimizdə ən xoşbəxt adam elə sənsən. Mən milyonlarla dollar itirmişəm, amma siz 80 min və 300 min. Biz ortaq olmuşuq, çörək kəsmişik. Biznesdə belə bir məntiq var: Ortaqlar həm qazanca, həm də itirdikləri pula şərik olurlar..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1337   Tarix: 30 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059