Pullardan kərpic kəsib, ev tikdi (Video)
O, İrlandiya Milli Zərbxanasına müraciət edərək köhnə əskinasların ona verilməsini xahiş edib.
Xahiş yerinə yetiriləndən sonra isə o, pulları doğrayaraq onlardan kərpiclər hazırlayıb və ev tikib.
Rəssam Frenk Bakli Avropa Birliyində vahid valyutanın tətbiqindən sonra başlanmış "sərsəmliyə abidə" qoymaq istədiyini deyib.
Bakli "pul evi"ni paytaxt Dublində, inşası 4 il əvvəl yarımçıq qalmış ofis binasının hollunda yaradıb.
Bakli layihəsini "Avromilyard evi" (Billion-euro home) adlandırıb.
Bakli bu evin divar və döşəməsinə doğranmış pulları yapışdırıb.
"Avromilyard evi"ndə yaşayan rəssam indi mətbəx və qonaq otağı tikir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş