"Eurovision-2012" Bakı vaxtı ilə saat 00:00-da başlayacaq

"Eurovision-2012" Mahnı Müsabiqəsi Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. ANS PRESS-in məlumatına görə, müsabiqənin icraedici rəhbəri Yan Ola Sand "Eurovision" yarışmasının bir qayda olaraq axşam saat 9-da başladığını bildirib. Bu da Bakı vaxtı ilə gecə saat 12 deməkdir, yəni saat 00:00.

Yan Ola Sand "Eurovision-2012" Mahnı Müsabiqəsinin səsverməsinin şounun son 15 dəqiqəsində həyata keçiriləcəyini deyib: "Bu qərarı verməkdə məqsəd tamaşaçıların fikrini şoudan yayındırmamaqdır. Son iki ildə yeni səsvermə üslubunu sınadıq. Səsvermə prosesi bütün şou boyu həyata keçirildi, amma gördük ki, bu tamaşaçıların şounu yaxşı izləmələrinə mane olur. Qərara gəldik ki, bu ildən etibarən şounun sonunda 15 dəqiqə səsverməni bərpa edək. İştirakçıların qiymətləndirilməsi 50 faiz tamaşaçı səsverməsinə, 50 faiz isə münsiflər heyətinə aiddir".

Qeyd edək ki, "Eurovision 2012" Mahnı Müsabiqəsi 22, 24 və 26 may 2012 tarixlərində Bakıda baş tutacaq. 22 mayda keçiriləcək birinci yarımfinalda 18 ölkə - Monteneqro, İslandiya, Rumıniya, Albaniya, Belçika, Latviya, İsveçrə, Finlandiya, Yunanıstan, Moldova, Kipr, Avstriya, Danimarka, Rusiya, San Marino, İsrail, İrlandiya və Macarıstan iştirak edəcək.

24 mayda keçiriləcək ikinci yarımfinalda 19 ölkə - Serbiya, Niderland, Portuqaliya, Makedoniya, Belarus, Malta, Ukrayna, Ermənistan, Bolqarıstan, İsveç, Gürcüstan, Sloveniya, Estoniya, Türkiyə,Slovakiya, Xorvatiya, Norveç, Litva, Bosniya və Hersoqovina iştirak edəcək.

Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və qalib ölkə kimi Azərbaycan 26 mayda baş tutacaq final mərhələsində iştirak edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3463   Tarix: 06 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Vladimir Vladimiroviç. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiy

11:39 202
.

Tramp: "İstəsək, kiçik bir qrupla hər şeyi nəzarətə götürə bilərik"

ABŞ Prezidenti Donald Trump İranda quru əməliyyatı keçirmək niyyətində olmadığını, lakin ABŞ ordusunun buna qadir olduğunu bəyan edib. xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Fox News telekanalına verdiyi müsahibədə danışıb. "Sabah ora gedə bilərik. Əsgərləri göndərə bilərik. Mən quru əməliyyat

10:25 151
.

"İnşaat Konstruksiyaları" MMC vətəndaşı belə ALDATDI: "Bizə heç kim bata bilməz"

İllərlə mənzil almaq üçün yığdığı pulu tikinti şirkətinə ödəsə də, bu günə qədər nə ev sahibi ola bilib, nə də ödədiyi məbləğ geri qaytarılıb. xəbər verir ki, Baku TV-nin məlumatına görə, söhbət Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında tikilən "İnşaat Konstruksiyaları" MMC-y

21:00 2
.

NYT xəbər verir ki, ABŞ NATO-nun Avropadakı əməliyyatları üçün qırıcı təyyarələr və hərbi gəmilərin sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır

"New York Times" qəzetinin cümə günü iki yüksək vəzifəli Avropa rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ NATO-nun Avropadakı əməliyyatları üçün istifadəyə verdiyi təyyarə və hərbi gəmiləri əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hesabatd

14:41 147
.

Tramp hücumu ləğv edəndə ABŞ ordusu İrana hücuma bir neçə saat qalmış hazır idi

Rəsmilər iddia edirlər ki, ordu "Trampın zərbələri ləğv etməsi ilə bağlı paylaşımına, bu gecə baş verəcək böyük zərbələr və Xarq adasını ələ keçirməsi ilə bağlı şərhlərindən daha çox təəccüblənib". BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, NBC telekanalı cümə axşamı məsələ ilə tanı

15:09 177
.

Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir

Provayderlərin Azərbaycan Respublikasında necə fəaliyyət göstərəcəyi müəyyənləşir. APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb

21:15 1
.

İsrail ordusu Hizbullahın 300-dən çox obyektinə zərbə endirib, beş Qəzza terrorçusunu öldürüb və Qərb Şəriyəsində 50 şübhəlini həbs edib

İsrail Müdafiə Qüvvələri İsrailin şərq və qərb sərhədləri boyunca qaçaqmalçılığa qarşı mübarizə aparır. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, cümə günü ordu bildirib ki, son bir həftə ərzində İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah, Qəzza zolağı və Qərb sahilindən gələ

15:02 143
.

Heyvanların müdafiəsi: qanun pozanları hansı cəza gözləyir?

"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliklə qadağandır və inzibati məsuliyyətə səbəb olur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz davranı

12:46 178
.

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanda zəlzələ olub. xəbər verir ki, yeraltı təkan Ağdam, Şəmkir, Göygöl, Quba və bir neçə bölgədə hiss olunub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya bildirib ki, ilkin ehtimala görə, zəlzələ 5 baldan yuxarı ba

15:34 390
.

TOP MP3