"Bir qadın üçün həyat yoldaşının ölüm xəbərini eşitmək.." - Xoşqədəm O ACI XƏBƏRİ BELƏ ALDI

"Bir qadın üçün həyat yoldaşının ölüm xəbərini eşitmək.." - Xoşqədəm O ACI XƏBƏRİ BELƏ ALDIAparıcı Xoşqədəm Hidayətqızı ötən gün sevgilisi tərəfindən güllələnərək ölən Vatan Şaşmazdan yazıb.

BiG.AZ-ın məılumatına görə, aparıcı soaial şəbəkələrin birində üzüntüsünü belə bildirib:

"Dünən ölüm xəbərini aldıq və çox pis olduq. Onunla tanışlığımız Antalyada 15 iyul mitinqində olmuşdu. Bizi Doğuş tanış etmişdi. Gülərüz, zarafatçıl biri idi. Həyat yoldaşı Yaseminə çox pis oldum, sevdiyi insanı itirdi. Bir qadın üçün həyat yoldaşının və sevdiyi şəxsin otel otağında sevgilisi tərəfindən öldürülməsi xəbərini almaq nə qədər ağırdır...

Eşq və nifrət... Çox gözəl deyilib, eşq və nifrətin arasında bir addım var. İnsan sevdiyinə necə qıya, ölümünü istəyə bilər? Heç bir kişiyə belə ölüm arzulamıram. Heç bir qadına da belə ölüm xəbərini almağı arzulamıram. Üzüldüyüm digər tərəf isə Yaseminin hamiləliyidir. Bu vəziyyətdə bu pis xəbəri alması, Vatanın özündən sonra ona heç vaxt unuda bilməyəcəyi xatirələr buraxıb getməsi.... Və dünyaya gəlib atasını görə bilməyəcək o günahsız körpə... Yasemin, yanındayıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8566   Tarix: 28 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş