Azərbaycanda bu məhsullar gömrük rüsumundan azad edildi - SİYAHI

Azərbaycanda bu məhsullar gömrük rüsumundan azad edildi - SİYAHI"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

BiG.AZ xəbər verir ki, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərinə əsasən aşağıdakı məhsullar gömrük rüsumundan azad olunub.

Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı:

XİFMN üzrə kodu

Mal mövqelərinin adları

Qrup 01-dən

0102 21

Safqanlı cins iribuynuzlu diri heyvanlar

0104 10 100 0

Safqanlı cins diri qoyunlar

0104 20 100 0

Safqanlı cins diri keçilər

0105 11 110 0

Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqlarının (Gallus domesticus) cücələrinin yumurtlayan növləri

0105 11 190 0

Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqlarının (Gallus domesticus) cücələrinin digər növləri

Qrup 12-dən

1201 10 000 0

Toxumluq soya paxlaları

1206 00 100 0

Əkin üçün günəbaxan toxumu

1209 10 000 0

Əkin üçün şəkər çuğunduru toxumu

1209 22 100 0

Qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.)

1209 29 600 0

Yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)

Qrup 31

Gübrələr

Qrup 38-dən

3808-dən

Kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 yarımmövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa)

Qrup 84-dən

8419 31 000 0

Kənd təsərrüfatı məhsulları üçün quruducular

8421 11 000 0

Süd separatorları

8421 21 000 1

Qida sənayesində istifadə edilən suyun filtrlənməsi və ya təmizlənməsi üçün avadanlıqlar və qurğular

8422 20 000 1

Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər tutumların yuyulması və ya qurudulması üçün avadanlıqlar

8422 90 900 1

Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri

8424 81

Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşmaq və ya traktorlara yedəkləmək üçün nəzərdə tutulmuş toz tozlandırıcıları və səpələyiciləri, daşınan və digər qurğular

8428 20 200 1

Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün pnevmatik qaldırıcılar və konveyerlər

8428 90 710 0

Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına qoşmaq üçün hazırlanmış yükləyici qurğular

8432-dən

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 1 alt yarımmövqeyində göstərilən qazon və idman meydançaları üçün katoklar istisna olmaqla)

8433-dən

Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyümlənməsi üçün maşınlar və ya mexanizmlər, pres çeşidləyici, küləş və samanı kiplərə bağlayan preslər də daxil olmaqla; otbiçənlər; yumurtaların, meyvələrin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar (8433 11 və 8433 19 yarımmövqelərində göstərilən qazonlar, parklar və ya idman meydançaları üçün otbiçənlər istisna olmaqla)

8434

Sağıcı qurğu və aparatlar, südün emalı və təkrar emalı üçün avadanlıqlar

8436

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların cücərdilməsi üçün mexaniki və ya qızdırıcı qurğulu avadanlıqlar da daxil edilməklə, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər

8437

Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa

8438

Bu qrupda başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki yağlarının və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün avadanlıqlardan başqa.


BiG.Az
Telegramda izləyin
  Baxılıb: 1700   Tarix: 25 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çin daha bir peyki orbitə yerləşdirib

Ötən gün Çinin şimal-qərbindəki Şanksi əyalətində yerləşən Taiyuan Peyk Buraxılış Mərkəzindən "Ziyuan-3" silsiləsindən olan sayca üçüncü peyk qaldırılaraq orbitə yerləşdirilib. "Report" "NASA Spaseflight"ə istinadən xəbər verir ki, "Uzun Yürüş 4B" ("Çanq Jen

25.07.2020 799
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079
.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567
.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438
.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286
.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

Deren Talu və Serenay Sarıkaya arasında QALMAQAL - "O sənin ögey anandır"

Gündəmdən düşməyən Serenay Sarıkaya və Cem Yılmaz cütlüyü ilə bağlı yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, bu dəfə yeni bir iddia Cem Yılmazın keçmiş sevgilisi Defne Samyelinin qızı Deren Talu tərəfindən irəli sürülüb. Bir şampun brendinin çəkilişinə dəvət edilən Deren Talu həmin təklif

26.08.2020 5459
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518
.

TOP MP3