Nazirlikdən bisavad müəllimlərlə bağlı açıqlama: "20 Yanvar faciəsindən xəbərsizdirlər"

Nazirlikdən bisavad müəllimlərlə bağlı açıqlama: "20 Yanvar faciəsindən xəbərsizdirlər"Sabah Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatır.

BiG.AZ-ın məlumatına görə, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, avqust ayının 21-dən başlayan müsahibə mərhələsinə 5225 nəfər buraxılıb.

Bu günədək 3000-dən çox namizəd müsahibədən keçib.

Müsahibə mərhələsində müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.

Komissiya üzvlərindən biri, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, müsahibə mərhələsinə gələn bəzi namizədlərin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir: "Ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın müstəqillik tarixinə biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədilə törədib. Bir neçə gün ərzində bayrağın rənglərinin mənasını bilməyən, işğal altındakı rayonların sayından bixəbər olan kifayət qədər namizəd qeydə alınıb".

Komissiyalardan birinin üzvü, Təhsil Nazirliyinin Ümumtəhsil sektorunun müdiri Firudun Həmzəyev isə qeyd edib ki, namizədlərin ümumi səviyyəsindən onların hazırlıqlı olduqları hiss edilir: "Proqram materialları, ixtisasla bağlı və metodiki keyfiyyəti müəyyənləşdirən suallara cavablarından öz üzərilərində işlədikləri görünür. Ancaq əzbərçiliyə yol verdikləri, yaddaş biliyinə əsaslandıqları özünü büruzə verir.

Aralarında 10-15 il, hətta məzun olandan müəllim işləməyənlər çoxdur və bu, müsahibə mərhələsində aydın nəzərə çarpırdı. Düşünürəm ki, elələri üçün məktəbdə şagirdlərlə ünsiyyət qurmaq o qədər asan olmayacaq. Namizədin əvvəllər əldə etdiyi bir neçə illik təcrübə müsahibə zamanı dərhal özünü göstərir. Namizədlər nə qədər hazırlaşsalar da, praktik biliyin azlığı, hətta olmaması müsahibə mərhələsində nəzərə çarpır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1569   Tarix: 25 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 554
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 392
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 340
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 329
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 206
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 394
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 197
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

25.04.2024 478
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 241