"Qarabağ" Çempionlar Liqasında tarixi oyuna çıxacaq
Bu gün "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasında (ÇL) tarixi oyuna çıxacaq.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Danimarka "Kopenhagen"i ilə "pley-off" mərhələsinin cavab matçında üz-üzə gələcək.
Tarixində ilk dəfə ÇL-in "pley-off"una yüksələn, ardıcıl 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən ölkə çempionu səfərdə lazımı nəticəni təmin etməklə, Azərbaycan futbolu adına ilkə imza atmış olacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ötən həftə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş qarşılaşmada Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu qolla qalib gələrək üstünlük əldə edib. İndi ÇL-in qrupuna düşmək üçün 1:2-dən başlayaraq istənilən minimal fərqli məğlubiyyət də Ağdam klubunun işinə yarayır.
Çempionlar Liqası
"Pley-off" mərhələsi, cavab oyunu
23 avqust
22:45. "Kopenhagen" (Danimarka) – "Qarabağ" (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hakimlər briqadası İspaniyadandır)
Hakim-inspektor: Alfredo Trentalanye (İtaliya)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 1149 Tarix: 23 avqust 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"
"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı
22.08.2021 688 Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib
Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd
28.08.2021 641 Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər
07.09.2021 1468 Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO
Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd
27.08.2021 1005 Azərbaycan 11-ci qızıl medalını QAZANDI
Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz
01.09.2021 933 Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo
28.08.2021 1373 Pele əməliyyat olundu
Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin
06.09.2021 1378 Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5
22.08.2021 758 Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı
Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb
27.08.2021 1074